Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağamir Sultanov: "Müharibənin ilk günündə düşmənin 500-ə qədər hədəfi məhv edilib"
Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi - Video

İkinci Qarabağ müharibəsində düşməni böyük itkiyə məruz qoyaraq qələbə qazanan Azərbaycan Ordusunun artilleriya bölmələri döyüşün ilk günü kütləvi atəş zərbələri ilə düşmənin 500-ə qədər hədəfini məhv edib.

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.

General bildirib ki, Vətən müharibəsi dövründə təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya qüvvələri məhv edilib: "Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan, təhlükəli, keçilməsi xüsusi peşəkarlıq tələb edən dağ meşə-yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular bölmələrimizin atəş dəstəyini təmin edib".

Komandan qeyd edib ki, əməliyyat, taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozulub və məğlub olublar.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Son xəbərlər
Bütün xəbərlər »