Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zərdab rayonunda torpağın altında odlu silah-sursat gizlədən şəxs saxlanılıb
Həbs

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Belə ki, şöbəyə vətəndaş Cəmaləddin Xammədovun üzərində silah sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər həmin şəxsi Zərdab-Ağcabədi yolunda saxlamağa nail olublar. C.Xammədovun əlindəki ağ torbaya baxış zamanı döyüş sursatı olan ümumilikdə 157 ədəd patron aşkar edilib. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Xammədov Beyləqan rayonu ərazisində çöl sahədə 1 ədəd “AKM” markalı avtomatı torpağın altında basdıraraq gizlətdiyini bildirib.

Zərdab RPŞ əməkdaşları göstərilən yerə baxış zamanı saxlanılan şəxs tərəfindən torpağın altında basdırılan 1 ədəd avtomat silahı, sandıqçanı və əlavə 30 ədəd patronu aşkar edərək götürüblər. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində müvafiq istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »