Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda "vergi islahatı" narazılıq yaratdı
Nikol Paşinyan

Nikol Paşinyan 2018-ci ildə inqilabla hakimiyyətə gələndə ona ümidlər böyük idi. İndi isə Ermənistanda baş naziri tənqid edənlərin sayı onun tərəfdarlarından dəfələrlə çoxdur. Söhbət təkcə Qarabağda ağır məğlubiyyətdən getmir. Əlbəttə, bu məsələ baş nazirin reytinqinin kəskin aşağı düşməsində əsas rol oynayıb. Amma o, sosial müstəvidə də insanların etimadını doğrultmayıb.

Bizimyol.info xəbər verir ki, baş nazir hökumətə təhsil və səhiyyəni əlavə dəyər vergisindən azad olunan sahələr siyahısından çıxarmağı təklif edib. Mütəxəssislər hər şeyin baş nazirin dediyi kimi olacağı təqdirdə həmin sahələrdə xidmətlərin təxminən 20 faiz bahalaşacağını proqnozlaşdırır.

Paşinyan hələ 2020-ci ilin sonlarında vergi siyasətində boşluqların aradan qaldırılması haqda danışmağa başlamışdı. Dekabrın 30-da baş nazirin əsl niyyəti ortaya çıxdı. Bundan sonra cəmiyyətdə onun daha sərt tənqidinə start verildi. Onu varlıların baş naziri adlandırmağa başladılar.

Təhsil mütəxəssisi Serob Xaçatryan mətbuata açıqlamasında deyib ki, universitetlərdə qəbul yerlərinin artırılması bahalaşma fonunda çox zəif təsəlli təsiri bağışlayır. Onun fikrincə, yeni qaydalar təhsili yalnız varlılar üçün əlçatan edir: “Tutaq ki, indi hüquq fakültəsində 3 qəbul yeri var. Lap islahatlardan sonra say 10-a çatsın. Axı yenə bu yerlərə imkanlı ailələrin uşaqları iddia edəcək”.

Xaçatryan deyib ki, dəyişikliklərə qədər də vəziyyət yaxşı deyildi. Ermənistanda hüquq fakültəsi barədə heç orta sinfin nümayəndələri də düşünə bilmir.

Səhiyyə üzrə ekspert Samvel Xarazyanın fikirlərində də oxşar bəbinlik sezilir. Mütəxəssis deyib ki, Ermənistanda daha səhiyyə də kasıblar üçün deyil.

“İndi tibbi xərclərin 80 faizi vətəndaşın öz cibindən gedir. Hökumət deyir ki, səhiyyə xərclərinin böyük hissəsi aztəminatlı ailələrə yönəldiləcək. Amma geridə qalan zamanda bunu müşahidə etməmişik”.

Ermənistanda cəmiyyətin hökumətə inamı çox sarsılıb. Çünki hakim komanda çox yalan danışıb. Dərmanların qiymətləri yüksələndə hökumət vəd etdiyi addımların heç birini atmadı. İndi də hökumətdən gözlənti yüksək deyil, hətta çox aşağıdır.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »