Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İranda hakimiyyətdən narazılıq görünməmiş həddə çatıb”
Mahmud Əhmədinejad

“İran ictimaiyyətinin hakimiyyətin siyasətindən narazılıq səviyyəsi görünməmiş həddə çatıb”.

Belə bir bəyanatla İranın eks-Prezidenti Mahmud Əhmədinejad çıxış edib.

“Bu gün narazılığın səviyyəsinin nə qədər yüksək olduğunu dərk etmək üçün küçəyə çıxmaq kifayətdir. Ölkədə bu cür gərginlik hələ heç vaxt müşahidə olunmayıb”, - eks-Prezident deyib.

Əhmədinejadın sözlərinə görə, rejimə qarşı çıxış edənlərin hamısını “inqilab düşməni” adlandırırlar. “Bu gün artıq bütün xalq etiraz edir. Məgər onların hər biri inqilabın düşmənidir?” - deyə eks-Prezident qeyd edib.O bildirib ki, əslində, inqilabın əleyhinə olanlar hakimiyyətdə ola-ola öz vəzifələrini yerinə yetirməyənlərdir.

Qeyd edək ki, Mahmud Əhmədinejad İrana 2005-2013-cü illərdə rəhbərlik edib.

Əhmədinejadın 2017-ci ildə Prezident vəzifəsinə namizədliyi İran Konstitusiya Keşikçiləri Şurası tərəfindən rədd edilib.(virtualaz.org)

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »