Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin sərəncamı 16 ildir icra olunmur: “Nazirlər Kabineti problemin həlli üçün zəruri tədbirlər görürür”
Sorğu - məmur

Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələlərin həll edilməsi üçün dövlət başçısının imzaladığı sərəncamlar icra olunmur.

Bu barədə Bizimyol.info-ya vəkil Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov Əkrəm Həsənov

Vəkil Azərbaycan Respublikası Vəkillər Kollegiyasının inzibati binasının olmaması ilə bağlı narazılığını bildirib.

“Kollegiyanın Rəyasət Heyəti və vəkil büroları icarə əsasında binalarda fəaliyyət göstərirlər. Yəni xeyli insana pulsuz da xidmət göstərən vəkillər, həmçinin bina xərclərini də özləri maliyyələşdirir. Halbuki, bu məsələ ilə bağlı dövlət başçısı artıq iki dəfə sərəncam verib. Belə ki, Prezidentin 11 mart 2005-ci il tarixli 669 saylı sərəncamının 1.1-ci bəndində Nazirlər Kabinetinə tapşırılıb ki, 2 ay müddətində Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələləri həll etsin”,-deyə vəkil bildirib.

Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyev 2018-ci ilin fevralın 22-də “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda ikinci dəfə Nazirlər Kabinetinə iki ay müddətində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görülməsi tapşırılıb.

“Vəkillər Kollegiyasının Rəyasət Heyəti üçün Bakı şəhərində binanın ayrılması məqsədilə aidiyyəti dövlət qurumlarına son 3 il ərzində çox sayda müraciətlər göndərilib, danışıqlar aparılıb”.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, indiyədək təklif olunan yerlər obyektiv səbəblərdən Rəyasət Heyətini əsasən qane etməyib: “Hazırda Nazirlər Kabineti tərəfindən bu problemin tezliklə həlli üçün zəruri tədbirlər görülür. İnanıram ki, tez zamanda Vəkillər Kollegiyası Bakı şəhərində normal fəaliyyəti üçün bütün vəkillərin evi sayılacaq müasir tələblərə cavab verən mərkəzi ofis binası ilə təmin olunacaq”.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Son xəbərlər
Bütün xəbərlər »