Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran yerli koronavirus peyvəndini təqdim etdi
Vaksin - peyvənd

İran koronavirusa qarşı ikinci vaksini olan “Razi Cov Pars”ı təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, vaksinin insan üzərində sınaqlarına yaxın vaxtda başlanacaq.

Təqdimat Elburz əyalətinin Kərəc şəhərində baş tutub.

“Razi” qurumunun rəhbəri Əli İshaqi təxminən bir ildir vaksin üzərində işlədiklərini, peyvəndin inkişaf etdirilməsi zamanı meymunlar üzərində sınandığını və müsbət nəticələr əldə edildiyini bildirib.

O vurğulayıb ki, vaksin həm burundan damcı yolu ilə, həm də inyeksiya yolu ilə tətbiq edilə bilər. İlk sınaqlar 13 könüllü üzərində aparılacaq.

Qeyd edək ki, İran ilk yerli peyvəndi olan “COVIRAN Bərəkət”i kliniki sınaq mərhələsində ötən il dekabrın 29-da insan üzərində sınamış və uğurlu nəticələr alındığını elan etmişdi.

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
››› Əsəb xəstəsi olan qadın oğlunu öldürdü
Son xəbərlər
Bütün xəbərlər »