Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heç kimin məğlub olmadığı qanundan heç kimin xəbəri yoxdur...
Akif Tukanov

2019-cu il martın 19-da mediyasiya ilə bağlı qanun imzalandı. Qanun qüvvəyə minsə də, hal hazırda bu qanun üzrə görülməli olan işlər hələ tamamlanmayıb.

Mediasiya qanunu ilə bağlı Ədliyyə nazirliyinə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, İcra hakimiyyətinə həvalələr olunub. Ancaq Azərbaycanda vətəndaşlar bu qanunun varlığından xəbərsiz olmaqla yanaşı, ümumiyyətlə mediasiya sözünün mənasını da bilmirlər.

Hüquqşünas Akif Tukanov Bizimyol-a mediasiya qanunu,onun icrası ilə bağlı danışıb:

- Latın dilində Mediasiya “Ubi concordia – ibi victoria” – Harada razılıq varsa – Orada qələbə var” və ya“Tuto, cito, jucunde” – Təhlükəsiz, tez və xoş” kimi anlamına gəlir. Yəni, istənilən problem və konflikt tərəflərin könüllü razılığı ilə mediasiya vasitəsi ilə öz həllini tez tapır, təhlükəsizlik, konfidensiallıq təmin olunmaq şərti ilə tərəflərin ümumi konsensusa gəlmələrini, yəni tərəflər mediasiya vasitəsi ilə razılıq əldə edərək sülh yolu ilə barışığa gəlirlər.

Beləliklə mediasiya tərəflər arasında yaranmış mübahisənin alternativ qaydada məhkəmədən kənar danışıqlar və barışıqlar yolu ilə həllinə deyilir. Bütün bu prossesi aparan vasitəçi şəxsə isə Mediator deyilir.

Mediyasiya adı yeni bir ad olduğundan vətəndaşlar bunu bir çox halda media və ya med - tibblə qarışıq salır. Biz isə mediasiya haqqında vətəndaşlara məlumat verməyə çalışırıq.

Mediatorun vəzifəsi tərəflər arasında yaranmış mübahisələri danışıq yolu ilə həll etməkdir. Məsələn tərəflərin fikir ayrılığı yaranır, maraqlar üst-üstə düşmür. Tərəflər aqressiv olduğu üçün çıxış yolu tapa bilmirlər. Bu zaman məhkəməyə müraciət edilir. Məhkəmədə isə,tərəflərdən biri mütləq uduzur. Medisiyada isə məğlubiyyət yoxdur.

“Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərinə görə aşağıda qeyd edilən əsaslara görə, Ali təhsilli, 25 yaşı tamam olan və ən azı 3 illik iş təcrübəsinə malik olan şəxslər mediator ola bilər.

Eyni zamanda mediatorlar ilkin hazırlığı üzrə təlimi bitirərək bu Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş sertifikatı əldə etməlidir.

- Mediasiya hansı sahələrdə tətbiq edilir?

Hazırda mediasiya 3 sahə üzrəində tətbiq edilir. Ailə məsələləri, iqtisadi məsələlər və əmlak məsələlərində mediasiya tətbiq edilə bilər.

Hesab edirəm ki, nəinki ailə, əmək və iqtsadi işlərdə, ümumiyyətlə mübahisələrin yaranma ehtimalı olan idarə və təşkilatlarda, müəssisələrdə, uşaq baxçalarında, orta və ali məktəblərdə, kolleclərdə, hərbi hissələrdə, həbsxanalarda, polis və prokurorluq orqanlarında, məhkəmələrdə, banklarda, zavod və fabriklərdə və s yerlərdə yaranacaq mübahisələrin qarşısını almaq üçün peşəkar mediatorlar fəaliyyət göstərməlidir.

Bir çox inkişaf etmiş dövlətlərdə mediasiya işləyir. Azərbaycanda da bu qanunun tətbiq olunması bir daha sübut edir ki, Azərbaycan xalqı sülhə meyillidir.

Düzdür, hal hazırda bizə mediasiya ilə deyil, hüquqi xidmət göstərilməsi ilə bağlı müraciət edilir. Biz tərəflərlə danışaraq, məsələlərin hansı yolla həll ola biləcəyinə qərar veririk. Öz növbəmizdə çalışırıq ki, mediasiya prosesi aparaq və tərəfləri barışdıraq. Onu da qeyd edim ki, bu günə kimi bizə müraciət edən şəxslərin heç birinin işi məhkəməyə qədər qalxmayıb. Bütün müraciətlər bizim öz ofisimizdə ümumi söhbət əsasında həll edilib.

Mediatorlar həm də psixoloqdur. İnsanlara yanaşma tərzini bilir. Hətta ən aqresiv insanla 10 dəqiqə söhbət etdikdən sonra, həmin insan sakitləşə bilir.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »