Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Çindən niyə çəkinir...
Co Bayden

Donald Trampın ABŞ prezidentliyinin son ilində Çinlə münasibətləri çox korlanmışdı. Dövlət başçısı dayanmadan Asiya ölkəsini tənqid edirdi.

Tramp Çinin qlobal böhranı bilərəkdən törətməkdəittiham edirdi. Ticarət savaşı münasibətləri lap kəskinləşdirmişdi. Tərəflər heç cür dil tapa bilmirdi.

Bizimyol.info xəbər verir ki, Co Bayden Çinlə qarşıdurmadan yayınır. ABŞ-ın yeni prezidenti asiyalılarla ticarət qarşıdurmasını davam etdirməyi düşünmədiyini deyib. CNBC bu haqda materialında Baydenin fikirlərini şərh etməyə çalışıb. ABŞ-ın dövlət başçısı dünyanın ikinci böyük iqtisadi gücü ilə yalnız beynəlxalq qaydalar çərçivəsində rəqabətdən söz açır.

Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin

Bayden Çin Xalq Respublikasının sədri Si Tszinpin haqda yaxşı fikirlər deyib. O, həmkarını ağıllı adlandırıb. Halbuki ölkə rəhbərləri indiyə qədər bir dəfə də görüşməyib. Bununla belə, Baydenin Tszinpin barədə dediyi “onun vücudunda demokratiya tələblərinə cavab verən sümük yoxdur” ifadəsi birmənalı qarşılanmayıb. ABŞ prezidenti bunu tənqid müstəvisində dilə gətirmədiyini söyləyib. Amma Çin yenə də ifadəyə həssas yanaşıb.

Bayden niyə yumşalıb? Görünür, Çinin Rusiya ilə çox yaxınlaşması, birlikdə hərbi təlimlərə başlaması ABŞ rəhbərini ifadələri daha ehtiyatla seçməyə vadar edir. Çünki hələ bir neçə ay əvvəl Bayden belə danışmırdı. Təcrübəli siyasətçi Çinə qarşı dözümlü yanaşmayacağının mesajını verirdi. İndi isə açıq toqquşmadan yayınmaq davranışı müşahidə edilir. Özü də bunu təkcə Baydendə görməmişdik. Məsələn, yeni dövlət katibi Entoni Blinken Çinin öz hərəkətlərinə görə cavab verəcəyini söyləmişdi. Onda hökumət nümayəndəsi Asiya dövlətinin xarici işlər naziri Yan Tszetsiyə Pekinin layiq olduğu cəzanı alacağına söz vermişdi.

ABŞ ilə Çin arasında ticarətsavaşının 2017-ci ilin sonlarında başladığını demək olar. Onda Vaşinqton Asiya ölkəsindən gələn mallara əlavə rüsum təyin etmişdi. Sonradan münaqişəyə Avropa Birliyi də qoşulmuşdu. Tramp Tszinpinlə 2020-ci ilin yanvarında barışıq razılaşması imzalsa da, qlobal səhiyyə böhranı tərəflərin arasını yenə vurmuşdu.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »