Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocavənddə təxribatçı abidənin varlığı nə qədər davam edəcək...
Xocavənd rayonu

Xocavənd rayonunun işğalçılar tərəfindən “Berdaşen” adlandırılan Qarakənd kəndi 1988-ci ildən bəri separatçıların strateji bazalarından biri olub.

İşğal altında olan illər ərzində həmin kənddəki qalanın başında üzündən zəhm yağan təxribat xarakterli bir qadın heykəli “ucaldılıb”. Düşmənin uydurmasına görə, guya bu qadına türk və azərbaycanlı kişilər təcavüz etmək istəyib. Amma qadın “şərəfini” qorumaq üçün özünü dağdan aşağı atmaq istəyib. Bu zaman onun donu enli olduğundan paraşüt kimi açılıb. Lakin qadın xilas ola bilməyib. Guya azərbaycanlı və türk kişilər dərhal dağdan aşağı enərək onu tutub öldürüblər. Və beləcə, “Qız Qalası” "yaranıb". Halbuki, heykəldə "qızdan" əsər-əlamət belə yoxdur. Qadın yaşlı, kolxozçu bir qadın obrazıdır və heykəl qadının əlində xəncər də var.

Bu "Qız Qalası" üç mərtəbədən ibarətdir, hündürlüyü 30 metrə yaxındır. Guya Qarabağa  aid “tarixi materiallar” da toplanaraq, buradakı kiçik muzeydə saxlanılır.

Ermənistan-Azərbaycan yeni mərhələyə qədəm qoyursa, birgə yaşam nəzərdə tutulursa, bu heykəlin varlığı nə qədər davam edəcək? Bu heykəlin yalançı əfsanəsi özü millətlərərası ədavətin davamıdır.

Əziz Əlibəyli Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Bizimyol.info-ya bildirib ki, onların tarixi Azərbaycan nifrəti körüklənmiş həmin bu yalançı əfsanələr, heykəllərin ucaldılması, hər hansı bir tarix süsü verilmiş qondarma abidələrdən ibarətdir.

“Tarixi olmayan xalqlar saxta şəkildə tarix yaradırlar, amma tarixi olanlar da buna sahib çıxmağı bacarmır. Tarixi olub sahib çıxmağı bacarmayan bizimkilərdir. Saxta tarix yaradan isə onlar. Həmişə hekayələr düzəldiblər. Tarixləri yalnız hansısa əfsanə, fantaziyalardan ibarətdir. Bu fantaziyalar onları xalq kimi ortaya çıxardan əsas tramplinlərdən biridir. Onların sanki başqa cür yaşamaqları mümkün deyil.

Ümumiyyətlə, biz yeni mərhələdən danışırıqsa, Azərbaycan-Ermənistan münasibətlərinin qarşıdurma yox, əməkdaşlıq edən iki qonşu münasibətində görmək istəyiriksə, oturub gözləməməliyik ki, qarşı tərəf dini görüşlər üzərində qurulmuş şovinizm xəstəliyindən imtina edəcəklər. Belə bir şey mümkün deyil. Əməkdaşlığın da iki yolu var. Biri məcbur etmə, digəri isə könüllü şəkildədir. Məcburetmə ilə edəcəyik biz bunu. Çünki, onlar bu qarşıdurmanı uduzdular, məğlub oldular və uduzduqları toqquşmanın şərtlərini qəbul etməyə məcburdurlar.

Tarixi gedişat da göstərir ki, bizim gücümüzlə onların gücü arasında tarixi paralellik dəyişkəndir. Bizimkilər artmağa doğru getdikcə onlar azalmağa doğru gedir. Doğumların artımı ilə müqayisə etsək, həqiqətən də BMT-nin də dediyi kimi 2050-ci ildə cəmi 1 milyon əhali qalacaq Ermənistan ərazisində. Gələcəkdə bu ədavəti apara biləcək qüvvə də olmayacaq”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
Son xəbərlər
Bütün xəbərlər »