Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacirin üzərindən silah, evindən külli miqdarda narkotik vasitələr aşkarlandı
silah

Bərdə rayon sakinində silah-sursat və narkotik vasitə götürülüb.

Bizimyol.info xəbər verir ki,  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov rayon ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança və 7 ədəd patron aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə və 1 200 ədədə yaxın güclü təsiredici xassəyə malik həblər, o cümlədən 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram metamfetamin, 1100 ədəd metadon və 90 ədəd pregabalin-150 mg. həbləri aşkar edilərək götürülüb.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »