Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Burun əməliyyatı kabusu
burun əməliyyatı

Çinli aktrisa Qao Liunun etdirdiyi burun estetik əməliyyatı həyatının kabusuna çevrilib. Sosial media hesabından əməliyyatdan sonrakı halına dair şəkillər paylaşan Qao bildirib ki burun toxumalarında çürümə başlayıb. Və onun yenidən əməliyyata girməsi üçün ən az bir vaxt lazımdır.

O ölkənin Guangdong əyalətindəki Guangcou şəhərində məhz burun estetik əməliyyatlarının keçirilməsi ilə ixtisaslaşmış bir xəstəxanda belə travma alıb. Aktrisa xəstəxana personalını məhkəməyə verib.

Qeyd edək ki, 2019-cu ildə Çində burun plastik məliyytaı ilə məşğul olan klinikaların sayı 60 mindən çox olub.

Orqanizm hər insanda fərdi xüsusiyyətə malik olduğu üçün öncədən bütün əməliyyatların 100 faiz uğurla baa çatacağına dair vəd almaq mümkün deyil. Yən i bu iş puldan və bahalı həkimlərdən asılı olsaydı dünyaca ünlü pop kralı Mayk Cekson bu dəhşəti yaşamazdı. Məlumdur ki, müğənni ömrünün son illərini çürümüş burnunu gizləməklə keçirdi və onun burnunu rekonstruksiya etmək mümkün olmadı.

Burun əməliyyatları Azərbaycanda da dəbdəir . Aparılan sorğuya əsasən hər 10 nəfərdən 7 nəfəri burnunda dəyişiklik etdirmək arzusundadır. 2019-2020-ci illərdə ölkəmizdə rinoplastika etdirmiş pasiyentlərin dəqiq sayı məlum olmasa da lokdaun müddətindən gözəlləşmə üçün istifadə edənlər az olmayıb. Elə buna görə də Bakıda əhalinin çox hissəsinin burunları bir- birinə bənzəyir.

Əvvəllər cərrahiyyə metodikası elə idi ki, bütün burunlar 80% bir-birinə bənzəyirdi. Yeni, qapalı septo-rinoplastika kimi bir sıra əməliyyat metodları isə artıq bənzərlik problemini aradan qaldırır. Burunlarını bəyənməyən gənc qızlar və 50-53 yaşına qədər qadınlar müraciət edir. Dünyada 6800-dən çox plastik və rekonstruktiv cərrahiyyə əməliyyatı var. Bu əməliyyatların kosmetik cərrahiyyə hissəsi siyahının 25%-ni təşkil edir, qalanı rekontruksiyadır.

Azərbaycanda rinoplastika əməliyyatlarının qiyməti ötən ilə qədər 900-3500 manat arasında dəyişib.

“Spirumed” ("Dobremed") klinikası bu əməliyyatı ən ucuz edən klinikadır. Ən baha xidməti isə Baku Medical Klinika təqdim edir-3500 manat. Bütün kliniklarda dəvət alımış türk həkimlər yerli cərrahlardan orta hesabla 500-800 manat baha xidmət göstərir.

İlk dəfə burun əməliyyatı edilirsə, bu orta hesabla 1500 manat, əməliyyat təkrar aparılırsa 2500-3500 manat təşkil edir. Orta hesabla burunda çürümə başlayarsa və ya pasiyent əməliyyatın nəticəsindən narazı qalarsa azərbaycanlı pasiyent daha 2000 manatından keçməli olacaq.

İlhamə

Paylaş »
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »