Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı "Şəfa" sanatoriyasında yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.
FHN-in Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, dörd mərtəbəli binanın çardaq hissəsində baş verən yanğın nazirliyin yanğınsöndürənlərinin operativ müdaxiləsi nəticəsində söndürülüb. Nəticədə mənzilin 15 kvadartmetr hissəsi yanıb.
Araşdırmalar zamanı mənzildə 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun meyiti tapılıb, aidiyyəti üzrə təhvil verilib.