Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada ölümlə nəticələnən yanğın olub
Yanğın - FHN

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı "Şəfa" sanatoriyasında yanğın baş verib.

Yanğın sanatoriya binasındakı mənzillərin birində meydana gəlib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı binada olan məcburi köçkünlər təhlükəsiz əraziyə təxliyə edilib.

Hadisə nəticəsində yanıq xəsarətləri alan, sakin, 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa)

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »