Türkiyənin Sivas bölgəsində 4,4 bal gücündə zəlzələ olub.
Bizimyol.info cnnturk.com-a istinadən xəbər verir ki, məlumatı Kandilli Rəsədxanası yayıb.
Yerli vaxtla 01:01 baş verən təbii fəlakət Sivasın Gemerek rayonunda yerin 16,68 km dərinliyinə baş verib.
Zəlzələ ətraf rayonlarda da hiss edilib.