Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürətli vaksinasiya qlobal gəlirləri 9 trln. dollar artıra bilər
Dünya Bankı

COVID-19 pandemiyasına qarşı daha sürətli vaksinasiya 2020‑2025-ci illər ərzində qlobal məcmu gəlirləri 9 trln. ABŞ dolları artıraraq bütün ölkələrə fayda gətirə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktorunun müavini Antuanett Monsio Sayeh (Antoinette Monsio Sayeh) bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət aşağı və orta gəlirli iqtisadiyyatlar üçün də vaksinasiya və tibbi xidmətlərlə çıxış təmin etmək istiqamətində sürətlə hərəkət edib, tədbirlər görməlidir. Burada COVID-19-a qarşı Peyvəndlərin Qlobal Qurumunun (COVAX) maliyyələşdirməsinin gücləndirməsinin zərurəti müavin tərəfindən xüsusilə qeyd edilib.

Antuanett M. Sayeh vurğulayıb ki, pandemiyanın əvvəlindən BVF tərəfindən 85 ölkəyə 105 mlrd. dollardan çox maliyyələşdirmə təsdiq olunub və 175-dən çox ölkəyə siyasətinə dair tövsiyələr və potensial inkişafına dəstək verilib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »