Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbov daha 5 görüşdə heç-heçə edib
Teymur Rəcəbov

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılıb.

"Report"un məlumatına görə, "Opera Euro Rapid"də Azərbaycanı təmsil edən Teymur Rəcəbov ağ fiqurlarla Aniş Giri (Niderland) və Hikaru Nakamura (ABŞ), qara fiqurlarla isə Yan Nepomnyaşi (Rusiya), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşıb.

Bütün görüşlər heç-heçə ilə yekunlaşıb.

Rəcəbov ilk yarış günündə də 5 görüş keçirib. İkinci turda ağ fiqurlarla ABŞ təmsilçisi Sem Şenklendə qalib gələn Rəcəbov ilk turda almaniyalı Mattias Blübaumla, üçüncü turda ABŞ-dan olan Lenyer Peres Domingeslə və beşinci turda rusiyalı Aleksandr Qrişukla qara, dördüncü turda isə polşalı Yan-Kşiştof Duda ilə ağ fiqurlarla heç-heçə oynayıb.

Hazırda azərbaycanlı qrossmeysterin aktivində 10 oyundan 5,5 xal var. O, ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Leqravla birgə 5 - 7-ci yerləri bölüşür. Turnir cədvəlinə 7 xalla norveçli Maqnus Karlsen rəhbərlik edir. ABŞ təmsilçisi Uesli So və niderlandlı Aniş Giri 6,5 xalla 2-3-cü yerləri bölüşür. Rusiyalı Yan Nepomnyaşi isə 6 xalla 4-cüdür.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.

"Opera Euro Rapid"

7 fevral

VI tur: Teymur Rəcəbov - Aniş Giri (Niderland) - 0,5:0,5

VII tur: Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5

VIII tur: Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5

IX tur: Vidiş Santoş Qucarati (Hindistan) - Teymur Rəcəbov - 0,5:0,5

X tur: Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »