Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metronun açılması ilə bağlı məlumatlara rəsmi münasibət
Metro

"Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır".

Bu barədə "Qafqazinfo"ya "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

"“Bakı Metropoliteni” QSC bir daha bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir. “Bakı Metropoliteni” QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir", - deyə məlumatda bildirilir.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »