Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın çağırışları və 6 yanvar iğtişaşları ABŞ-a 519 milyon dollara başa gəlib
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki saxtakarlığı ilə bağlı çağırışları, müvafiq məhkəmə işlərinə baxılması, habelə 6 yanvarda Kapitoliya ərazisindəki baş verən iğtişaşlar Amerikalı vergi ödəyicilərinə ümumilikdə 519 milyon dollara başa gəlib.

APA bildirir ki, bu barədə “The Washington Post” qəzeti məlumat verib.

Qəzet federal və yerli hökumət xərclərinin qeydlərinə istinad edərək xəbər verir:

"Bütün səviyyələrdə dövlət qurumları Trampın və tərəfdarlarının hərəkətlərinə cavab vermək üçün büdcə vəsaitlərindən istifadə etmək məcburiyyətində qaldılar və xərclər böyüdü".

İstifadə edilən pullar arasında onlarla məhkəmə prosesi üçün xərclər, təhdidlərə cavab olaraq seçki vəzifəlilərinin təhlükəsizliyinin artırılması və Kapitoliyadaki 6 yanvar qiyamından sonra yenidənqurma işləri üçün ayrılan maliyyə var.

Xüsusilə, yeni qarışıqlıq təhlükəsi üzündən martın ortalarına qədər Milli Qvardiya əsgərlərinin Vaşinqtona yerləşdirilməsi üçün 480 milyon dollardan çox pul istifadə edilib.

Dövlət 20 yanvarda keçirilən andiçmə günü ərəfəsində təhlükəsizlik tədbirləri üçün təxminən 28 milyon dollar xərcləyib.

Bundan əvvəl 2,2 milyon dollar məhkəmə çəkişməsinə və seçki vəzifəlilərinin qorunmasına gedib. Nəşrin məlumatına görə, bu hadisələrlə bağlı maliyyə nəticələrinin sənədləşdirilmiş məbləğlərdən xeyli yüksək olacağı ehtimal olunur.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »