Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim ötən il ayağı sınmış Cozef Baydenin son vəziyyətini açıqladı
Co Bayden

ABŞ prezidenti Cozef Baydenin xəsarət almış ayağının bərpası prosesi normal gedir.

“Report” xəbər verir ki, bu barədə Amerika liderinin həkimi Kevin O Konnora istinadən Ağ Evin Mətbuat xidməti bildirib.

Qeyd edilir ki, Bayden şənbə günü Delaver ştatında klinikaya baş çəkib. Burada onun ayağı rentgen edilib.

"Prezidentin xəsarətinin əlamətləri gözlənildiyi kimi yaxşılaşıb və o, fizioterapiya rejiminə ciddi əməl edir. İzah etdiyimiz kimi, burxulmalar bəzən sümük sınıqlarından daha ciddi xəsarət ola bilər. Rentgen çəkilişi prezidentin sarğılarının dayanıqlı olmasına əmin olmaq üçün lazımdır”, - deyib.

Ötən ilin 30 noyabrda Baydenin həkimi bildirib ki, tibb işçiləri siyasətçinin ayağında pəncənin iki kiçik sınığını qeydə alıblar. Demokratın ofisində qeyd ediblər ki, hadisə bir gün əvvəl itlə oyun zamanı olub.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »