Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampa qarşı impiçment məhkəməsi dayandırılır
Donald Tramp

Amerikalı millət vəkilləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçment prosedurunun 12 fevralda dayandırıla biləcəyini açıqlayıblar.

APA bildirir ki, bu barədə “The New York Times” qəzetində məlumat verilib.

Nəşrdən olan jurnalistlər Trampın vəkili David Seanın impiçment prosesinə sədrlik edəcək ABŞ Senatındakı Demokratik çoxluğun lideri Çaku Şumerə, Respublikaçılar lideri Mitçu Makonnelluya göndərdiyi məktubla tanış olublar.

Vəkil millət vəkillərindən 13 fevralda nəzərdə tutulan prosesin təxirə salınmasını xahiş edib.

Çaku Şumerin mətbuat katibi artıq bu müraciətə cavab verib: "Bu müraciətə hörmət edirik və əlbəttə ki, onu təmin edəcəyik".

Trampın vəkilinin tələbinin tam olaraq necə nəzərə alınacağı hələ dəqiqləşdirilməyib. Lakin artıq məhkəmə prosesinin dayandırılacağı bəllidir.

Qeyd edək ki, Trampa qarşı impiçment prosesi onun 6 yanvarda verdiyi açıqlamalardan sonra başlayıb.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »