Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Özümüz yemədiyimiz məhsulu satmırıq”
“Haram” xəbərin izi ilə və ya “Qafqaz” Konserv zavodunun halal məhsullarına halal olsun!

“Qafqaz” Konserv Zavodu "Azərsun Holdinq"ə daxildir. Bura müasir istehsalat müəssisələrindən biridir. Xaçmazda yerləşir. Bakıdan avtobusla getdik. Zavodu direktoru Rüstəm Rüstəmov bizi həyətdə qarşıladı. Sonra bizi – jurnalistləri zavodun sexlərinə, laboratoriyalarına apardı. Bir sexdə qadın işçilər qoz təmizləyir, birində çeşidləmə var, bir laboratoriyada keyfiyyət test edilir. Konservləşdirilmiş ət məhsullarının saxlandığı anbara da gəldik. Çox soyuq idi. 15 dərəcə soyuqda ət yox, elə canlı insan da donur az qala.

Bura gəlməyimizin səbəbi var; mediada yayılmış məlumat belə bir infotura ehtiyac yaradıb. Guya “Qafqaz” Konserv zavoduna leş ətlər verilir. Reyd zamanı tutulan leş ətlər və sürücünün “Qafqaz” Konserv zavodunun adını çəkməsi müəyyən söz-söhbətə və narahatlıqlara səbəb olmuşdu. Əsas məsələ budur ki, “Qafqaz” Konserv zavoduna leş ətlər gerçəkdən də verilir, ya yox?! Çünki yerli istehsaldır, dükanlar dolidur, hər ailənin süfrəsinə gələ bilər. Camaatın sağlamlığı hər şeydən önəmli məsələdir. Biz tez-tez eşitdiyimiz iki xəbərdən çox əndişə keçiririk – leş ət satanlarla və qidadan zəhərlənənlərlə bağlı. Bəzən də olub ki, toy şənliklərində, başqa kütləvi ailə tədbirlərində, məktəblərdə zəhərlənmələr olur. Bu yaxınlarda Sumqayıtda hətta sudan 100-dən çox uşaq zəhərlənmişdi. Qida müharibəsi gedir; dünyada böhran dərinlşir, ğlkədə sıxıntılar olur. İşbazlar daha çox pul qazanmaq üçün ya köhnə məhsulları təzə tarixlə satışa çıxarırlar, ya da məhsulun keyfiyyətini azaldıb maya dəyərində pul tutmaq istəyirlər. Konservləşdirilmiş məhsullar, xüsusilə də, ət məhsulları daha həssasdır. Buna görə Azərsun Holdinqin özü də, dəvət olunan jurnalistlər də bu məsələyə xüsusi olaraq böyük diqqətlə yanaşdılar.Dedilər ki, "Qafqaz" Konserv Zavodu Azərbaycanda keç kimdən və heç bir təsərrüfatdan ət almr, tərcübədə belə bir nümunə ümumiyyətlə yoxdur. Sadəcə, avtomobilində leş ət - mənşəyi məlum olmayan ət aşkar tapılmış vətəndaş yalan danışıb. Yəqin müvafiq dövlət qurumunun əməkdaşlarının əlindən yaxa qurtarmaq üçün "Qafqaz" Konserv Zavodunun adını deyib ki, ondan əl çəksinlər, ya da cəzası ağır olmasın. Elə bilib ki, ən yüksək standartlarla işləyən zavodun adını çəksə, onu sərbəst buraxacaqlar. Axı dövlət qurumları "Qafqaz" Konserv Zavodunun məhsullarının yüksək keyfiyyətinə şübhə etmirlər.

Direktor R.Rüstəmovun sözlərinə görə, "Qafqaz" Konserv Zavodu əti Ukraynadan alır. Müsəlman iş adamlarının bu ölkədə yaratdığı təsərrüfatların "Qafqaz" Konserv Zavodu ilə müqavilələri var və müəssisəyə xüsusi qablaşdırmada daxil olan ətin beynəlxalq halal sertifikatı olur. Jurnalistlər həmin sənədlərlə də əyani şəkildə tanış oldular. Hətta təəccübləndilər – Ukraynadan halal ət gəlir. Əvvəlcə şübhə edənlər də tapıldı. Sonrakı izahat bu şübhələrə də yer qoymadı.

Direktor deyir ki, burda 350-dən çox işçi çalışır.Mövsümə görə 500-ə çatır. Çünki zavod direktorunun da dediyi kimi, burda mövsümi işlər də var. Onları Azərsun Holdinq-in İnsan Resursları departamenti seçir. İşçilərin hamısının sığortası var, hamısına yeməyi şirkət verir, onları işə və evə şirkətin avtobusları daşıyır. İşçilərə xüsusi istehsaat geyimləri verilir. Zavod direktoru bunları sadalayanda Afiq Səfərov zarafat etdi: “Sizdə boş yer yoxdur ki?!” Hamı gülüşdü. Direktor da gülüb dedi ki, yoxdur .

Zavodun direktoru bildirdi ki, hazırda meyvə sezonu başlayıb: “Qoz, gilənar qəbul edilir. Dünən hardasa 12- 13 ton gilənar gəlib. Onun ömrü təxminən 20-25 gün çəkir. Bu gün yağış yağdısa gilənar gəlməyəcək, qalacaq sabaha. Yəni iqlim də nəzərə alınır. Gübrədən də yararlanmırıq. Ehtiyac da yoxdur. Həm gübrə məhsuldan bahadır. İndi həyətdə gük kolları da əkirik; artıq bu infrastrukturu da yaratmağa başlayırıq. Gül mürəbbəsinin istehsal olunması üçün özümüz maraq göstəririk”. Zavodun direktoru bildirdi ki, bu gün istehsal olunan mal 1 illik nəzərdə tutulub. Onun sözlərinə görə, zavod şirkətin dotasiyasındadır, sıxıntılar olsa da, işçi sayınız azaltmayıblar: : “100 ilyona yaxın nisyə mal paylamışdıq. Bir gün içərisində devolvasiya qərarı verildi. İxracda da , idxalda da eyni problemi yaşadıq. Şirkət zərərə düşdü. Amma biz qiymətə təsiri minimuma endirdik. Daxili imkanlara bel bağlamışıq. Dövlətimiz də bizə dəstək oldu; 8 min traktor verilib. Yerli məhsullara daha üstünlük verilməlidir. Bizim məhsullar bazarda öz yerini tutub. 2 gün Azərbaycandan ət çəksək, ətin kilosu 50 manata olacaq. Azərbaycanda ət yoxdur. Heyvanların çəkisi 70 -80- 90 kilonu keçmir. Xarıcdən, əsasən, Avropadan gələn heyvanların diri çəkisi 1 tona yaxındır. Onun hardasa 500- 600 kilosu təmiz ətdir. Sortun adı Limuzin inəklərdi. Uzunluğu 4 metrə çatır”.

Keyfiyyət standartları burda xüsusilə gözlənilir. Həm zavodun direktoru Rüstəmov, həm də Azərsun Holdinqin biznesin inkişafına dəstək və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov, başqa mütəxəssislər jurnalistlərə həvəslə, səbirlə, ətraflı, dəqiq, dolğun məlumatlar verirdilər. Dedilər ki, "Qafqaz" Konserv Zavodu "Azərsun"un konservləşdirilmiş məhsul buraxan ilk zavodudur. 2003-cü ildən fəaliyyətdədir. Zavodun açılışını o zaman Azərbaycanın baş naziri olan indiki Prezident, cənab İlham Əliyev edib. Zavodun illik istehsal gücü 30 000 tondan çoxdur. Tomat pastası, ət konservi, yaşıl noxud, mürəbbə, kompot, hazır yeməklər və sair məhsullar istehsal edilir. Zavod 08/11/2005-ci ildən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarəetmə Sistem Sertifikatına sahibdir. Bu gün “Qafqaz" Konserv Zavodu 135 çeşiddə məhsulları ilə Azərbaycanın konservləşdirilmiş mallara olan ehtiyacının əsas hissəsini təmin edir. Zavodun məhsullarına həm Azərbaycanın özünün, həm də MDB çərçivəsində dövlətləraası standartlaşdırma qurumu sertifikat verir.

Zavodda hər yer müntəzəm dezinfeksiya edilir. İstehsalat sahələrində də bunu əyani gördük. Dəfələrlə dezinfeksiya etdilər. Zavodun əməkdaşları hər gün bir neçə dəfə bu prosedurdan keçirlər. Hansısa səbəbdən istehsal sahəsini tərk edən olarsa, həmin əməkdaş yenidən qayıdanda, təkrar-təkrar dezinfeksiya edilir. Laboratoriya ən müasir avadanlıqlarla təchiz olunub. Məhsullardan nümunələr götürülür, diqqətlə analiz edilir, dəfələrlə ən incə ayrıntılara qədər yoxlanır. Mikrobioloji yoxlamalardan sonra rəy verilirsə, deməli, bu əti yemək nəinki təhlükəli deyil, əksinə təmiz və təzə olduğu üçün çox faydası toxunacaq.

Direktor deyir: “Heyvanın yeddiarxa dönənində də bir xəstəlik olarsa, üzə çıxarırlar, o ət istehsalata buraxılmır. Leş ət daşıyan adam istəsə də, bura o əti verə bilməz – burdakı yoxlamalardan leş əti keçirmək, sadəcə olaraq, mümkün deyil.

Direktor deyir ki, ət konservləri stehsalı mövsümə görə azaldılıb. Jurnalistlər ət konservinin hazırlanmasına baxdılar. Gigiyenik qaydalara xüsusi vasvasılıqla əməl edilir. Mediada yazılanlarla, deyilənlərlə burda gördüklərimiz arasında yerlə göy qədər fərq var 0- hər yer təmiz, ət təmiz, məhsullar təmiz və hər yerdə gigiyena qaydalarına sərt şıkildə əməl olunur. Azərsun Holdinqin departament rəhbəri Afiq Səfərov deyir: “Özümüz yemədiyimiz məhsulları istehlakçılarımıza vermərik, vermirik də”.

Keyfiyyətə Nəzarət və laboratoriya müdiri Anar Qədirov, Meyvə -Tərəvəz istehsalı üzrə müdir Asəf Seyidəliyev bizə məlumat verdilər. Ürək rahatlığı ilə: “Şükür Allaha, bu günə qədər bizim məhsullarımızdan zəhərlənən olmayıb, olmayacaq da”.

Gülnarə Əmirqızı

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »