Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səmada saxta ulduzlar artır, tezliklə həqiqi səmanı görə bilməyəcəik"
"Səmada saxta ulduzlar artır, tezliklə həqiqi səmanı görə bilməyəcəik"

Tezliklə gecə səmasında təbii ulduzlardan daha çox süni ulduzlar parlayacaq. Elə indi də səmada saatda min dəfə göydə saxta ulduz yanıb-sönür.

Bizimyol.info xəbər verir ki, bu barədə araşdırmanı Avstriyanın "Der Standard" nəşri aparıb.

Qəzet yazır: "Göydə görünməmiş dəyişikliklər baş verir. İşıq çirklənməsi pərdəsi arxasında getdikcə daha çox ulduz yoxa çıxır, süni işıq mənbələri - istər peyklər, istərsə də kosmik tullantılar artmaqdadır. Yalnız bu yaxınlarda Almaniya astronomları bir açıqlama yayımladılar. Bununla yanaşı, dəyişikliklərin tarixi miqyası uyğun bir şəkildə göstərilsə də, bu açıqlama lazımi şəkildə rezonans doğurmadı: hazırlanmaqda olan bütün peyklər orbitə buraxıldıqdan sonra gecə səmasında açıq-aydın şəkildə həqiqi ulduzlardan daha çox saxta ulduzları görəcəyik.

Tipik olaraq, işıq çirklənməsi dedikdə Yer səthindəki süni işıq mənbələrindən saçılan işıq nəzərdə tutulur. Bu işıq dalğaları yayılaraq göydə baş verənləri sanki məhv edir. Şəhərlərin yerləşdirkləri ərazilərdə özünəməşxsus şəkildə bir növ işıq günbəzləri meydana gəlir.

2018-ci ildə astronomlar Konstans Uoker və Marqarita Metaksa maraqlı bir tədqiqatın nəticələrini açıqlamışdılar. Onların müşahidələrinə əsasən, dünya əhalisinin üçdə biri artıq səmada "Süd yolu"nu görə bilmir. Gecə səması onlara Aydan başqa yalnız göy üzünə səpələnmiş bir neçə ulduz təklif edir.

Bu azmış kimi, eyni zamanda, səma saxta ulduzlarla dolmaqda davam edir. Yerin orbitindəki süni cisimlər günəş işığını əks etdirir, ulduzlu səmanın xəritəsini çaşdırıcı işıq nöqtələri ilə doldurur və şəkillərdə səmada uzun zolaqlar müşahidə olunur. Bu vəziyyət astronomların işini çox çətinləşdirir.

Elon Mask Elon Mask

Hazırda gözlənilən ən böyük təhlükə "Starlink" layihəsidir. Bu, Elon Maskın bütün dünyada İnternetə çıxışı təmin etmək üçün orbiti on minlərlə kiçik peyklərlə doldurmaq üçün hazırladığı iddialı plandır. "Starlink" donanmasının hazırda orbitdə olan ümumi peyk sayından 5 qat çox olması gözlənilir. Və bu yalnız bir şirkətin işinin nəticəsi olacaq - digərləri, məsələn, "Amazon" və "Oneweb" də əslində oxşar planlarla növbədə dayanıblar.

Eyni zamanda, aktiv peyklər bütün arzuolunmaz işıq mənbələrinin yalnız bir hissəsidir. 2020-ci ildə Şimali Karolina Universitetindən Henk Korbetin rəhbərlik etdiyi elm adamlarından ibarət qrup 6 ay boyunca robot teleskoplardan istifadə edərək orbit xətti üzərində müşahidələr aparıblar və süni alışmaların tezliyini qiymətləndiriblər. Bu "işıq partlayışları" saniyənin kiçik hissəsini əhatə edir. Nəticədə məlum olub ki, saatda təxminən min dəfə səmada saxta ulduz yanıb-sönür. Bu, kosmik tullantıların günəş işığını əks etdirməsi nəticəsində baş verir.

Ancaq bu saxta ulduzların yalnız az bir hissəsi adi gözlə görülə bilər. Teleskop nə qədər dəqiq olarsa, səhvlər də o qədər az olur. Bu halda iddia edilən kosmik fenomenin qeydə alınması ilə bağlı yalançı siqnalların da sayı azalır. Ən həssas cihazlar hətta peyklərin qayka və boltlarının, həmçinin kosmik gəminin xarici divarında qopmuş boyaların parıltısını da qeydə alır.

Ulduzlu səma minilliklər boyunca insanları heyran edib və ilham verib, bu səbəbdən Almaniya Astronomiya Cəmiyyəti onu bir mədəni sərvət hesab edir və bu misilsiz sərvətin gözümüzdən itə biləcəyi ilə bağlı xəbərdarlıq edir".

Son xəbərlər
Bütün xəbərlər »