Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğaldan azad edilmiş ərazilərə daxil olanların sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərə daxil olanların sayı açıqlanıb

İşğaldan azad edilmiş lakin minalardan tam təmizlənməmiş ərazilərə gizli yollarla daxil olanlar var.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir.

elə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə noyabr ayından başlayaraq Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qayda pozuntusuna yol vermiş 40 nəfər, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlərlə isə ümumilikdə 84 nəfər şəxs müəyyən edilib.

Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Son xəbərlər
Bütün xəbərlər »