Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ" "Qəbələ"ni məğlub edərək yarımfinala vəsiqə qazanıb
Qarabağ FK

Fevralın 6-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin birinci cavab qarşılaşması keçirilib.

Günün birinci matçında "Qəbələ" öz meydanında Ağdamın "Qarabağ" klubunu qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi meydan sahiblərinin qapısından üç cavabsız top keçirib. "Qarabağ"ın qollarını Maksim Medvedev (6) və Patrik Andrade (45+4, 48) vurublar.

Beləliklə, birinci oyunda da Qəbələ təmsilçisini 3:1 hesabı ilə məğlub edən ağdamlılar yarımfinala vəsiqə qazanıblar.

Günün digər matçında isə "Səbail" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.

Ölkə kubokunun dörddəbir final mərhələsinin digər iki matçı fevralın 7-də keçiriləcək. Bu oyunlarda "Kəpəz" klubu "Keşlə"ni, "Zirə" isə "Neftçi"ni qəbul edəcək.(azərtac)

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »