Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan XX əsrin müharibəsinə hazırlaşmışdı, Azərbaycan isə XXI əsrin müharibəsinə keçdi...”
Ələ keçirilmiş Ermənistan tankları

“Ermənistan Qarabağda XX əsrin müharibəsinə hazırlaşırdı, Azərbaycan isə XXI əsri müharibəsinə keçdi...”

Virtualaz.org xəbər verir ki, bu sitat polşalı hərbi reportyor, 44 günlük ikinci Qarabağ müharibəsində hadisələri erməni tərəfində izləmiş Pavel Penyonjek (Paweł Pieniążek) Polşanın “Krytyka Polityczna” nəşrinə müsahibəsindən götürülüb.

Jurnalist qeyd edir ki, Azərbaycan çoxdan öz ordusunun modernləşdirilməsi ilə məşğul idi. Ermənilərə isə elə gəlirdi ki, əgər onlar 90-cı illərdə qalib gələ biliblərsə deməli indi də belə olacaq.

“Mən tez-tez onlardan belə fikirlər eşidirəm ki, əgər “əsl” müharibə, yəni tüfənglərlə müharibə olsaydı ermənilər Bakıya qədər gedib çıxardı. Ancaq texnologiya dəyişmişdi, aydın görünürdü ki, Yerevan buna qəfil haqlanıb. Hərbçilər mənə deyirdilər ki, onlar bu miqyasda hücumu gözləmirdilər. Səfərbərliyi ancaq müharibə başlayanda təşkil etdilər”,-reportyor bildirir.

Pavel Penyonjek deyir ki, müharibə başlayanda erməni tərəfi xarici jurnalistlərin münaqişə zonasında işləməsinə şərait yaratdığı üçün Ermənistan üzərindən Dağlıq Qarabağa gedib. Amma özünün dediyinə görə, münaqişəyə birtərəfli yanaşmır və Azərbaycan tərəfinin də mövqeyini dinləməyə hazır idi.

Qarabağ müharibəsi, Qrad, raket

Reportyorun müşahidələrinə görə, müharibə başlayanda Azərbaycan ordusunun birinci zərbəsi həqiqətən çox güclü idi və ermənilər onu dəf etməkdə aciz qaldılar. Azərbaycan ordusu cənubda, İranla sərhəd boyu cəbhə xəttini yardı, bundan sonra manevr etmək asanlaşdı. Hərçənd dağlıq ərazilərdə döyüş aparmaq mürəkkəb idi.

Pavel Penyonjek qeyd edir ki, Şuşanın alınmasına qədər rəsmi erməni təbliğatı “hər şeyin yaxşı olduğunu, situasiyaya nəzarət etdiklərini” deyirdi. İnsanlar da bu təbliğata inanmışdı. Onlar əmin idilər ki, Ermənistan müharibəni udur, hesab edirdilər ki, ara-sıra hansısa əraziləri itirsələr də burada qorxulu heç nə yoxdur.

“Çünki insanlarda real mənzərə yox idi. Aydın olanda ki, Şuşa əldən gedib və üçtərəfli razılaşmaya əsasən onlar ərazilərin böyük hissəsinə nəzarəti əldən verəcəklər, qalan ərazilərə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edəcəklər, insanlar çox təəcübləndilər. Hətta Stepanakertin/Xankəndinin sakinləri, hansı ki, oradan Şuşa görünür, şəhərin əldən gedəcəyinə inanmırdılar. Hərçənd son döyüşlər onlar üçün çox qorxunc idi. Azərbaycan Şuşanı alandan sonra Xankəndini tutmaqda heç bir çətinliklə qarşılaşmayacaqdı və bu situasiyadan yeganə çıxış üçtərəfli razılaşmanın imzalanması idi. Sual yarana bilər ki, əgər Ermənistan daha əvvəl razılaşma imzalasaydı Şuşanı nəzarətdə saxlaya bilərdimi? Bu suala cavab vermək mümkün deyil”,-polşalı hərbi reportyor bildirib.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »