Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik alveri ilə məşğul olan dəstə saxlanılıb
Həbs

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Elçin Orucov saxlanılaraq polis şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

E.Orucov ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, Sadiq Şıxıyevdən pul müqabilində aldığını bildirib. Keçirilmiş tədbirlərlə S.Şıxıyev də saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə həmin narkotik vasitəninin mənbəyinin Yevlax şəhər sakini Bəhruz Novruzov da olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Eləcə də E.Orucovun ətrafında aparılan genişmiqyaslı tədbirlər nəticəsində vətəndaşa məxsus avtomaşından 2 ədəd akkumulyator oğurladığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
Son xəbərlər
Bütün xəbərlər »