İranda son 24 saat ərzində koronavirusa 6 min 983 yeni yoluxma halı və 76 ölüm faktı qeydə alınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.
O bildirib ki, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 459 min 370 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 412-yə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 802 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 247 min 374 xəstə sağalaraq evə buraxılıb.