Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının ağır xəstəliklər... qəsəbəsi - Foto
Bakı Sabunçu

Bura Sabunçu rayonudur. Sabunçu qəsəbəsi əvvəllər buruqlar arasında kiçik yaşayış məntəqəsini xatırladırdı. Sabunçu dəmiryol stansiyası sıradan çıxmış, yollar çala-çuxur, bazar təhlükəli vəziyyətdə idi. Ancaq bir neçə il öncə Azərbaycan Dövlət Dəmiryolu İdarəsi stansiyanı bərpa elədi. Yolların bir qismi asfaltlandı. Buruqlar arasında olan evlər isə sakinlərə kompensasiya qarşılığında boşaldıldı.

Bizimyol.info xəbər verir ki, indi Sabunçu qəsəbəsinə daxil olanda mərkəzdə bu problemlərə rast gəlinməsə də, bir qədər irəlilədikdə, Sabunçunun daxili küçələrini gəzdikdə, vəziyyətin heç də ürəkaçan olmadığını görmək mümkündür. Bu gün də Sabunçuda neft buruqlarının arasında ev tikib yaşayanlar var. Əgər buna yaşamaq demək olarsa... "Gecəqondular", hasara alınmamış kiçik həyətlər, dəmir parçaları ilə bağlanmış qapılar... Bu insanlar buruqların dibində yaşayırlar.

Sabunçu

Sabunçunun küçələrində ağzı açıq kanalizasiya quyularına da rast gəlmək mümkündür. Sakinlər deyirlər ki, əslində bu kanalizasiya quyularının ağzında dəmir barmaqlıqlar olmalı idi. Kanalizasiya quyularının ağzı uzun müddət açıq qaldığı üçün içinə küləklərin sovurduğu məişət tullantıları dolub. Yağışlı havalarda bu quyular görünmədiyi üçün avtomobil sürücüləri də əziyyət çəkirlər.

Qəsəbə sakini Əfsun Əliyevin sözlərinə görə, əslində kanalizasiya quyuları yağış sularının axıdılması üçün qoyulub, amma yağış yağan zaman küçələr gölməçə kimi dolur və bu quyular suyun altında qalaraq görünməz olur.

Yəni qəsəbədə hələ problemlər var.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, bu evlərin hamısı sənədsiz evlərdir. Evlər, əsasən, 1992-1998-ci illərdə tikilib. Həmin dövrlərdə məcburi köçkünlərə icazə verilmişdi ki, şəraitlərinə uyğun məskunlaşsınlar: "Yəqin ki, məcbur köçkünlərin köçürülməsi işləri başlayandan sonra həmin evlərdə yaşayanlar da öz yurd-yuvalarına köçürüləcəklər".

Kanalizasiya quyularının ağzının açıq qalmasına gəldikdə isə, mütəxəssis bildirib ki, bu məsələyə qəsəbə nümayəndəliyi nəzarət etməlidir.

Sabunçu

Ekoloq Vaqif Əliyev bildirir ki, buruqların arasında yaşamaq sağlamlıq üçün çox təhlükəlidir. "Bu özünü dərhal hiss etdirmir. Orada yaşayanlar onlara nə olacağını bilmirlər. Neft ərazilərində yaşayan insanlar zamanla xərçəngə, tənəffüs yolları xəstəliklərinə, ağciyər xəstəliklərinə və başqa xəstəliklərə yoluxurlar. Neft olan ərazilərdə radiasiya, şüalanma güclü olur. Buna görə də vətəndaşlar bacardıqları qədər bu ərazilərdən uzaq torpaqlarda ev tikməyə, məskunlaşmağa üstünlük verməlidirlər".

Ekspertin sözlərinə görə, ümumiyyətlə neft yataqlarının, neft quyularının çox olduğu ərazilər yaşamaq üçün yararsız yerlərdir; neftlə çirklənmiş ərazilərin havası neft qoxuyur vəiİstər uşaqların, istər yaşlıların sağlamlığı üçün neft ərazilərində yaşamaq böyük təhlükədir.

Sabunçu

"Belə ərazilərdə yaşayan hamilə qadınların dünyaya şikəst uşaq gətirməsi ehtimalı böyük olur. Yəni bu ərazilər yaşayış üçün deyil", - deyə ekspert bildirib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »