Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "Putinə açıq şəkildə bildirdim"
Co Bayden, Vladimir Putin

ABŞ-ın yeni prezidenti Co Bayden son nitqində bir səra gurultulu vədlər və hədələrlə çıxış edib.

Bizimyol.info xəbər verir ki, Bayden Rusiyanı və Putini də hədələyib və baş verənlərin cəzasız ötüşməyəcəyini vurğulayıb. ABŞ prezidentinin çıxışından bəzi maraqlı məqamları təqdim edirik:

"...Bu gün bütün dünyaya bunları demək istəyirəm: Amerika geri döndü. Amerika qayıtdı. Diplomatiya qayıdır və xarici siyasətimiz bir daha diqqət mərkəzindədir.

Amerika rəhbərliyi Çinin ABŞ-la rəqabət etmək üçün artan ambisiyaları və Rusiyanın demokratiyamızı gözdən salmaq və məhv etmək əzmini məhv etməlidir...

Lazım olan şey Amerikanın ən çox dəyər verdiyimiz demokratik dəyərlərinə əsaslanan diplomatiyadan başlamaqdır.

Myanmada hərbi çevrilişlə bağlı vəziyyəti gözdən keçidik. Orada hərbçilər ələ keçirdikləri hakimiyyətdən imtina etməli, həbs etdikləri insan haqları müdafiəçilərini, fəalları və vəzifəli şəxsləri azad etməli, komünikasiyalarda məhdudiyyətləri ləğv etməli və zorakılıqdan çəkinməlidirlər...

Son iki həftə ərzində ən yaxın dostlarımız olan bir çox ölkələrin - Kanada, Meksika, Böyük Britaniya, Almaniya, Fransa, NATO, Yaponiya, Cənubi Koreya, Avstraliyanın rəhbərləri ilə işbirliyinin formasını dəyişdirmək barədə danışdım. ABŞ-ın müttəfiqləri bizim ən böyük sərvətimizdir.

ABŞ və Rusiya arasında arasında qalan yeganə sazişi qorumaq üçün nüvə sabitliyinə zəmanət verən müqaviləni beş il uzatmağa razılaşdıq.

Eyni zamanda, prezident Vladimir Putinə Donald Trampdan tamamilə fərqli və açıq bir şəkildə bildirdim ki, Rusiyanın təcavüzkar hərəkətləri - seçkilərimizə müdaxilə, kiber hücumlar, vətəndaşların zəhərlənməsi qarşısında ABŞ-ın sakit qaldığı günlər arxada qaldı. Bütün bunlar Rusiyaya baha başa gələcək.

Rusiyanın daşımalı olduğu məsuliyyəti önə çəkməkdən çəkinməyəcəyik, həyati maraqlarımızı və xalqımızı qoruyacağıq.

Aleksey Navalnının siyasi səbəblərə görə həbs olunması və Rusiyada ifadə azadlığı, dinc toplaşmaq azadlığının məhdudlaşdırılması bizi və beynəlxalq ictimaiyyəti dərindən narahat edir.

Cənab Navalnı bütün Rusiya vətəndaşları kimi, Rusiya konstitusiyasının təmin etdiyi hüquqlara malikdir. Dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır.

Həm də ən böyük rəqibimiz Çindən rifahımıza, təhlükəsizliyimizə və demokratik dəyərlərimizə qarşı gələn təhdidlərlə mübarizə aparacağıq. Çinin iqtisadi istismarına, aqressiv, zorakı hərəkətlərinə,  insan hüquqları, intellektual mülkiyyət və qlobal idarəetməyə hücumlarına müqavimət göstərəcəyik...

Vəzifəyə gəldikdən bir neçə saat sonra müsəlmanların ölkəyə girməsinə qoyulan mənfur, ayrı-seçkilik qadağasının ləğvi barədə bir fərman imzaladım... Ölkəmizdə sistemli bir irqçiliyin və "ağ şovinizm" bəlasının olduğunu tanımaq üçün addımlar atdıq və bununla mübarizə üçün də addımlar atırıq...

Ölkəmizə və insanlarımıza sərmayə qoyuruqsa, Amerika şirkətləri və müəssisələrinin dünya arenasında rəqabət apara və qazana bilməsi üçün mübarizə aparırıqsa, beynəlxalq ticarət qaydaları bizə qarşı tətbiq edilmirsə, işçilərimiz və əqli mülkiyyətimiz qorunursa, deməli, Yer üzündə heç bir ölkə bizimlə yarışa bilməz - nə Çin, nə də yer üzündəki başqa bir ölkə...

Ölkələrin iqtisadi inkişafına sərmayə qoyduğumuz zaman məhsullarımız üçün yeni bazarlar yaradırıq və qeyri-sabitlik, zorakılıq və kütləvi miqrasiya ehtimalını azaldırıq.

Dünyanın ucqar bölgələrində sağlamlıq sistemlərini gücləndirdiyimiz zaman xalqımızı və iqtisadiyyatımızı təhdid edə biləcək gələcək riskləri də məhdudlaşdırırıq".

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »