Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Maarif Fondu Azərbaycanda məktəblər açır
onlayn-tehsil-sagird

Türkiyə Maarif Fondu (Türkiye Aydınlanma Vakfı) Azərbaycanda təhsil müəssisələrinin açılmasını planlaşdırır. Bu barədə fondun rəhbəri, professor Birol Akgün bildirib.

Onun sözlərinə görə, tərəflər artıq bu məsələni razılaşdırıblar. "Yeni tip koronavirus infeksiyası pandemiyasını (COVİD-19) nəzərə alaraq ehtiyatlı hərəkət etmək lazımdır, lakin bizim məqsədimiz 2021–ci ildə Bakıda Fondun ilk məktəbini açmaqdır", - “Anadolu” agentliyi professordan sitat gətirib.

Akgün "Fətullah Gülənin terror təşkilatının tərəfdarlarının” təhsil ocaqlarının bağlanmasına görə Azərbaycan hökumətinə təşəkkür edib (1990-cı illərin ortalarından fəaliyyət göstərən "Çaq oyrətim" Cəmiyyətinin litseyləri nəzərdə tutulur, sonradan onların adı dəyişdirilərək "İstək" adlandırılıb, sonradan isə tamamilə bağlanıb, - qeyd. Turan).

"Fond Azərbaycanda öz məktəblərini açmağa və Azərbaycan xalqına dünya standartlarına cavab verən yüksək keyfiyyətli təhsil almaq imkanları yaratmağa çalışır", - o deyib.

Professorun sözlərinə görə, bu məqsədlə Fondun nümayəndələri Azərbaycan Təhsil Nazirliyi və XİN-də görüşlər keçiriblər. "Uzun müddətdir ki, biz müvafiq sazişin mətni üzərində işləmişik. Qürurla və sevinclə deyə bilərəm ki, razılıq əldə edilib. Sənəd Azərbaycanın təhsil nazirinin Ankaraya səfəri zamanı imzalanacaq", - Akgün qeyd edib.

Professorun sözlərinə görə, saziş imzalandıqdan sonra Türkiyə Fondu təkcə Bakıda deyil, respublikanın digər şəhərlərində də məktəblər açacaq. Beləliklə, Azərbaycan Türkiyə Maarif Fondunun məktəblərinin fəaliyyət göstərəcəyi 44-cü ölkə olacaq.

Akgün qeyd edib ki, məktəblərin açılışına hazırlıq işləri davam edir.

Bakıda yeni məktəbdə təhsil prosesi 12 illik təhsil proqramına əsaslanacaq.

O əlavə edib ki, Türkiyə Maarif Fondu müəllim hazırlığı, təcrübə mübadiləsi, İT- texnologiyalardan istifadə üzrə tədris proqramlarının hazırlanması sahəsində də Azərbaycanla əməkdaşlıq edəcək.

"Məktəblər beynəlxalq tələblərə uyğun olacaq. Təhsil haqqında müəyyən beynəlxalq sertifikatlar var. Əlbəttə, onların alınması üçün vaxt tələb oluna bilər. Demək istəyirəm ki, Türkiyə Maarif Fondunun təhsil strategiyasının əsası ayrı-ayrılıqda götürülmüş hər bir ölkənin gözləntilərinə uyğun olaraq keyfiyyətli kadrların hazırlanmasıdır. Fond ilk növbədə yerli standartları və milli xüsusiyyətləri nəzərə alır. Məqsədimiz ölkələrlə münasibətlərin yaxşılaşdırılması və onların inkişafına töhfədir",- Akgün bildirib.

Onun sözlərinə görə, Türkiyə Maarif Fondunun ofisləri 52 ölkədə fəaliyyət göstərir. "Onlardan 43-də Fondun təhsil müəssisələri - məktəblər, yataqxanalar, tədris mərkəzləri fəaliyyət göstərir. Fond xaricdə 332 məktəbə kuratorluq edir, həmin məktəblərdə 40 min nəfər təhsil alır",- Fondun rəhbəri bildirib.(turan)

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »