Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə sakinində silah aşkarlanıb
silah

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Emin Məmmədov şəhər ərazisində saxlanılaraq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Revolyer” markalı tapança, həmin tapançaya aid 16 ədəd atəşə yararlı 9mm kalibirli patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »