Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbov daha bir turnirdə mübarizəyə başlayır
Teymur Rəcəbov

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsinə start veriləcək.

"Opera Euro Rapid"də Azərbaycan şahmatçılarından Teymur Rəcəbov mübarizə aparacaq.

Təcrübəli qrossmeyster ilk oyun günündə 5 şahmatçı ilə üz-üzə gələcək. Rəcəbov Mattias Blübaum (Almaniya), Sem Şenklend, Lenyer Peres Dominges (hər ikisi ABŞ), Yan-Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukun (Rusiya) müqavimətini qırmağa çalışacaq. İlk qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

3 gün ərzində keçiriləcək ilkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.(report)

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »