Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda xarici borc qalmaqalı: Vəziyyət fəlakət həddinə çatıb
Nikol Paşinyan

Ermənistanın borcları dayanmadan artır. Ölkədə iqtisadi vəziyyət onsuz da ağır idi. Azərbaycan qarşısında məğlubiyyət yeni reallıqlar ortaya qoyub. Milli valyuta dəyərdən düşməyə başlayıb, ölkədən getmək istəyənlərin sayı artıb, qiymətlər kəskin şəkildə yüksəlib. Üstəlik, xarici və daxili borcun həcmi böyük ümidsizlik yaradıb.

Bizimyol.info xəbər verir ki, Ermənistanın sabiq baş nazir müavini Armen Gevorkyan ölkənin borcları haqda danışıb. O, gələcək nəsillərə böyük zərbə vurulduğunu deyib.

“Çoxumuz uşaqlarımıza, nəvələrimizə hansı problemlər qoyduğumuzu anlamırıq. Özünəməxsus mexanizmdir: işləyirik, ayı birtəhər başa vurmağa çalışırıq, amma borcların necə yığıldığının fərqində deyilik. Hökumət borc götürür, sonra bunu biz ödəməli oluruq”.

Ermənistanın ümumi borcu 8 milyard 750 milyon dollara çatıb. Bunun 1 milyard 915 milyon dolları daxili borcdur. İnvestisiyalarla bağlı 750 milyon dollarlıq öhdəlik var. Xarici borcların isə 6 milyard 53 milyon dollar olduğu bildirilir.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, ölkədə yaşayanların sayı 2 milyon 959 milyon 700 nəfərə çatıb. Deməli, hər vətəndaşın üzərinə düşən borcun məbləği təxminən 2 min 960 dollardır.

Ermənistan mətbuatı yazır ki, vəziyyət heç vaxt bu qədər pis olmayıb. Robert Köçəryan 2007-ci ildə hakimiyyətdən gedəndə ümumi borc heç 1,7 milyard dollara çatmırmış. Üç il əvvəl Serj Sarkisyan devriləndə rəqəm 6 milyard 774 milyon dollar imiş. Nikol Paşinyanın dövründə Ermənistan bir az da geri gedib.

Gevorkyan “hanı pullar?” sualını verir. Həqiqətən də, xüsusilə daxili borcun artmasını anlamaq olmur. Çünki Paşinyanın hakimiyyəti dövründə pensiya və maaşlarda nəzərəçarpan artım müşahidə edilməyib. Amma zamanla ortaya böyük xərclər çıxıb.

Son yarım il ərzində əhalinin sosial vəziyyəti çox pisləşib. İşığın və qazın qiyməti artırılıb. Tibbi sığorta ilə bağlı yeni vergi tətbiq olunub. Əhali yalnız əziyyət çəkir.

Yazılarda bir məqam xüsusi qabardılır. Paşinyanın hökuməti yalnız borc artırmağı bilir. Hakimiyyət əhalini düşünmür. Əsas fikir odur ki, xalq hökumət üçün nə edə bilər. Hamı Paşinyanın istefasını tələb etsə də, o, hakimiyyətdən yalnız seçki yolu ilə gedə biləcəyini açıqlayıb.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Əsəd bəyin evinin bərpa layihəsi - Video
Son xəbərlər
Bütün xəbərlər »