Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Milli prioritetlərin müəyyən edilməsi inkişafımızın yol xəritəsidir”
Adil Əliyev

2020-ci il tariximizə Zəfər ili olaraq düşdükdən sonra, qarşımızda olan əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq və quruculuq işləri, sonda isə məcburi köçkünlərin uzun illər davam edən həsrətdən sonra öz doğma evlərinə qayıtmalarıdır. Artıq onların geri qayıtması reallığa ən yaxın olan arzudur, bu da onu deməyə əsas verir ki, qısa müddət sonra məcburi köçkünlərimiz öd dədə-baba yurdlarına geri dönəcəklər.

Artıq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyən olunub. Milli prioritetlər ölkəmizin bundan sonrakı inkişafını müəyyən edəcək bir növ yol xəritəsidir. Yəni, Azərbaycan Respublikasının əsas hədəflərini, əsas məqsədlərini göstərən bir bələdçidir. Prioritetlərin müəyyən edilməsi və həmin prioritetlərə uyğun olaraq işlərin qurulması əsas siyasi xəttimizi müəyyən edir. Həmçinin, qəbul edilmiş prioritet istiqamətlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə həmahəngdir.

Vətən müharibəsindən sonra regionun və ölkəmizin inkişafının təmin edilməsi, regionda sülhə nail olmaqla yanaşı, yeni tranzit yollarının qurulması ölkəmizin inkişafının əsas cizgilərini müəyyən edir.

Sosial-iqtisadi inkişafımızın bazasını müəyyən edən milli prioritetlərin qorunması və reallaşdırılmasına xidmət etmək hər bir vətəndaşın ümdə vəzifəsidir.

Milli prioritetlər müəyyən edilərkən ən mühüm məsələlərdən biri də iqtisadiyyatdır. Dövlətin təməl dayaqları, inkişafı birbaşa olaraq iqtisadiyyatdan asılıdır. Pandemiya bizə əyani şəkildə göstərdi ki, əgər iqtisadiyyat zəifdirsə, heç bir halda inkişafdan söhbət gedə bilməz. İqtisadiyyatı zəif olan dövlətlər pandemiya bəlasından qurtula bilmədilər, lakin ölkəmiz kimi dayanıqlı iqtisadiyyata sahib olan ölkələr isə pandemiyada iqtisadiyyatları zərər görsə belə, bu bəlanı dəf edə bildilər. İqtisadiyyatda yalnız Cənubi Qafqazda lider olmaqla kifayətlənməli deyilik, dəyişən dünyanın standartlarına uyğun olaraq dayanıqlı iqtisadiyyat əsas hədəfimizdir.

Eyni zamanda Milli Prioritetlər müəyyən edilərkən dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasının şərtlərdən biri olaraq müəyyən edilməsi zəruridir. Belə ki, cəmiyyətin inkişafı dövlətin inkişafı ilə düz mütənasib olan bir haldır. Əgər ilkin olaraq rəqabətyönümlü iqtisadiyyat nəzərdə tutulursa, ikinci mühüm faktor inkişaf edən iqtisadiyyata uyğun cəmiyyətin qurulmasıdır. Hansı ki, bu cəmiyyətdə ayrı-seçkilik əlaməti yoxdur və cəmiyyətin əsas fokus nöqtəsi daha da inkişaf etmək, müasirləşmək və insanlar arasında münasibətlərin daha da sıxlaşdırılmasıdır.

Məlumdur ki, ölkə başçısı dəfələrlə əsas kapitalımızın insan kapitalı olmasını qeyd etmişdir. İnsan kapitalının inkişafı ilə bağlı müxtəlif sənədlər qəbul edilmiş, habelə xaricdə təhsil üzrə dövlət proqramlarının əsas xəttini də insan kapitalının inkişafı təşkil edir.

Milli prioritetlər müəyyən edilərkən əsas məsələlərdən biri təmiz ətraf mühit və “yaşıl artım”a önəm verilməsi, ölkəmizin ekoloji tarazlığının qorunması və ekosistemin qurulmasıdır. Hər il ölkəmizdə yeni parklar salınır, habelə yaşıllığın artırılması istiqamətində bütün tədbirlər görülür. Təəssüf ki, Ermənistanın törətdiyi terrordan meşələr də böyük zərər görmüş, işğal altında olan ərazilərimizdə meşə massivləri tam məhv edilmişdir. Qarabağda aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, meşələrin bərpası istiqamətində də mühüm addımlar atılacaq, yaşıllıqlar salınacaqdır.

Bizimyol.info

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »