Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb
Sahibə Qafarova

Fevralın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Spiker qonağı salamlayaraq, Azərbaycanın dost və qardaş Gürcüstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün Azərbaycan və Gürcüstan həyatın ən müxtəlif sahələrində faydalı əməkdaşlıq edirlər. İki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir.

Bildirilib ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi sahədə yüksək göstəricilərin əldə edilməsinə zəmin yaradıb. Bu gün iki dost və qonşu ölkə olaraq Azərbaycan və Gürcüstan qlobal layihələrin reallaşmasında, bölgədə rifahın bərqərar olunmasında səmərəli fəaliyyət göstərirlər.

Sədr qeyd edib ki, parlamentlər səviyyəsində də münasibətlərin dərinləşməsi ümumi məqsədlərə xidmət edir. Deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Biz Azərbaycanın apardığı Vətən müharibəsində - 44 günlük savaş dönəmində Gürcüstanın göstərdiyi mövqeyi yüksək qiymətləndiririk. İnanırıq ki, bu münasibətlər gələcəkdə daha da dərinləşəcək.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib. Bildirib ki, yüksək səviyyəli siyasi münasibətlərin mövcudluğu xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. İqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız günbəgün inkişaf edir.

Biz parlamentlər səviyyəsində də əlaqələrimizi intensivləşdirmək niyyətindəyik. Qonaq Gürcüstan parlamentinin fəaliyyəti haqqında məlumat verərək deputatların müxtəlif platformalarda görüşlərinin və qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.

Bildirilib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün səylərini əsirgəməyib.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Bizimyol.info

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
Son xəbərlər
Bütün xəbərlər »