Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elektron ticarətlə məşğul olanlara Azərbaycan Beynəlxalq Bankından dəstək
ECom

Elektron ticarətini quran, eləcə də Azərbaycan Beynəlxalq Bankının digər nağdsız ödəniş imkanlarından faydalanan sahibkarların işini asanlaşdırmaq, bizneslərinin inkişafına dəstək olmaq məqsədilə Bank yeni kredit məhsulunu onlara təqdim edib. “E-COM və E-POS Terminal kredit xətti” adlanan kreditdən Bankın POS-terminal, Smart kassa və E-commerce sisteminin bütün istifadəçiləri faydalana bilərlər.

Bu kreditin əsas üstünlükləri sərfəli faizləri, rəsmiləşdirmə prosesinin maksimum rahatlığı və operativliyidir. Kreditin rəsmiləşdirilməsi zamanı əlavə maliyyə təhlilinə ehtiyac qalmır. Sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitini qısa zamanda əldə edə bilirlər. Bu məhsul iş adamlarının dövriyyə kapitalının dəstəklənməsinə xidmət edir.

Kreditin özəllikləri:

-Məbləğ: 5000 AZN-dən 350 000 AZN-dək

-Müddət: 12 ay

-İllik faiz dərəcəsi: 12%-dən başlayaraq

-Təminatsız

“E-COM və E-POS Terminal kredit xətti”nin imkanlarından faydalanmaq istəyən sahibkarlar Azərbaycan Beynəlxalq Bankının istənilən filialına müraciət edə bilərlər. Kredit barədə əlavə məlumatları buradan öyrənmək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
››› Əsəb xəstəsi olan qadın oğlunu öldürdü
Son xəbərlər
Bütün xəbərlər »