Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar əhaliyə müraciət - Video
Mina - sapyoy - Kəlbəcər

Azərbaycan Respublikasının Baş Prokurorluğu işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizimyol.info-ya daxil olan müraciətdə əhalinin diqqətinə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə həmin ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. İnsanların işğaldan azad olunan ərazilərə polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər həyatınız üçün təhlükəli ola bilər.

“Təhlükəsiz səfər imkanları yaradılana qədər səbirli olaq! İşğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən imtina edək!”, - deyə Baş Prokurorluğun müraciətində vurğulanıb.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
››› Paşinyanın Yerevanda daha bir layihəsi: baş tutacaqmı?
Son xəbərlər
Bütün xəbərlər »