Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin funksiyaları ilə bağlı uyğunlaşdırma aparılıb
Nazirlər  Kabineti

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin funksiyaları ilə bağlı uyğunlaşdırma aparılıb.

APA-nın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlara dəyişiklik edib.

Qərarda nəzərdə tutulan dəyişikliklərə əsasən dövlət ilkin kəmiyyət vahidləri etalonlarının qorunub saxlanılması və dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi, dövlət kəmiyyət vahidləri etalonları haqqında məlumatların ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna daxil edilməsi, ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə nəzarət edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna məlumatların daxil edilməsini və həmin məlumatların verilməsini , ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılır.

Buna uyğun olaraq Nazirlər Kabinetinin ölçmələrin vəhdətinin təmin edilməsi ilə əlaqədar qərarlarında müvafiq səlahiyyətlərin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icrası nəzərdə tutulub.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Martın 7-nə olan hava proqnozu
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »