Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş nazirdən aktyorluq nümunəsi: "Dolanmaq asan deyil"
Ziya Məmmədovun çoxsaylı villalarından biri

Azərbaycanın keçmiş, həm də lap elə indiki nazirlərini kinoya çəksəydilər, "Hollivud" da yalan olardı, "Bollivud" da...

Səlim Müslümovun tutulması onu göstərdi ki, vəzifədə nə vaxt olmağının məsələyə dəxli yoxdur, istənilən vaxt ilişə bilərsən. Ona görə də keçmiş oliqarxların yuxusu qaçıb. Ağıllarına gələn hər cür nağılları danışırlar.

Nəqliyyat naziri postunda Azərbaycan xalqının sinəsinə çalın-çarpaz dağlar çəkən Ziya Məmmədov bilirsinizmi nə deyib?

Unikal.org-a açıqlamasında deyib ki, dolanışıq üçün kənd təsərrüfatı işləri ilə məşğul olur.

"Mən Ucardakı evimdəyəm, təsərrüfatla məşğul oluram, əkib-becərirəm. Başqa fəaliyyət yerim yoxdur. Arpa, buğda, yonca əkirəm. Mal-qaram var. İndiki dövrdə dolanmaq asan deyil",- deyə sabiq oliqarx-nazir deyib.

Əslində düz deyir - hazırda dolanışıq asan deyil. Xüsusən də Azərbaycanda... Amma bunun Ziya Məmmədova nə dəxli var? Məgər Ziya müəllimin miyonlarının hamısını əlindən alıblarmı? Nazir olarkən oğlu Anar Məmmədovun xaricdə qurduğu biznesi bütün Ucar rayonu işləmədən yesə, 50 il sonra da qurtaran deyil.

Məgər o nazir olanda onun işçiləri küçədə taksi fəaliyyəti göstərənləri sükan arxasından çəkib çıxarıb döymürdülərmi? İndi xeyirxah olub. Deyir ki, Ucarda insanlara iş yerləri açmışam: "Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir".

Ümumiyyətlə, Ziya Məmmədovun Ucarın aqrar sektorunu camaatın əlindən alıb inhisara götürməsi təzə xəbər deyil axı. Sabiq nazir elə nazir olanda da kənd təsərrüfatında az aşın duzu deyildi. Görünür, o vaxt da dolana bilmirmiş, ona görə də Ucarı aqrar inhisarı altına alıb.

Həm də təkcə Ziya Məmmədovmu? Xeyr. Sabiq və indiki məmur və deputatların əksəriyyəti Azərbaycanda kənd təsərrüfatını inhisara götürüb. Hətta azad edilmiş ərazilərdə də əkin sahələrinin bölüşdürülməsi barədə xəbərlər gəlir. Şumlama işləri də başlayıb.

Ziya Məmmədov Ziya Məmmədov

Ziya Məmmədov nazir işlədiyi vaxtlarda tendersiz-filansız həzm-rabedən keçirilən 7,3 milyard manat dövlət vəsaiti ortaya çıxmışdı. Siyahı üzrə...

Bu xalq "ZQAN" Holdinqi də unutmayıb. Sonradan əlindən alıb adını "Garant Holdinq" qoydular. Amma adam nə qədər fikirləşirsə də, Ziya müəllimin sərvətlərinin tükənməsini təsəvvür etmək mümkün olmur.

O vaxtlar guya oğlu ABŞ-da "güclü" lobbiçilik işi qurmuşdu. Bəzi vəzifəli şəxsləri və ictimai fiqurları yığıb qonaqlıq verib dağılışırdılar. Hətta Donald Trampla birlikdə şəkli də var idi. Hərdənbir tanınmış nəşrlərdə Azərbaycan haqqında mənasız yazılar yazdırırdı və bütün bunları "lobbi fəaliyyəti" kimi təqdim edirdi.

Görünür, Səlim Müslümov olayı Ziya Məmmədovun da təzyiqini qaldırıb. Ona görə də ortaya çıxıb aclıq çəkməyindən danışıb. Bizim xalqın unutqan olduğunu deyirlər. Bu fikirdə həqiqət payı var. Amma siz düşündüyünüz qədər də deyil. O ölçüdə zülmlər yaddan çıxmır.

Hətta bir müddət əvvəl Ziya Məmmədov Quran oxuduğunu demişdi. Görəsən, məzlumun haqqı barədə oxuyarkən döyülüb şikəst edilən taksi sürücüləri yadına düşmüşdümü?

Ziya Məmmədovun dəniz kənarında 50 milyon dollara satdığı villa Dəniz kənarında 50 milyon dollara satılan villa

P.S. Şəkildə gördüyünüz villakardan birinin pulu ilə bir ailə bütün ömrü boyunca yüksək təminat şəraitində yaşaya bilər. Bir neçə il əvvəl şəkilli xəbərlər yayılmışdı ki, Ziya Məmmədov dəniz kənarındakı bir villasını 50 milyon dollara satır.

Bizimyol.info

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »