Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Moskva və Brüssel postsovet məkanında dövlətlərin daxili işlərinə qarışmamaq barədə razılığa gəlməlidir”
Sergey Lavrov

“Rusiya və Avropa İttifaqı (Aİ) dialoq üçün kanalların dəstəklənməsində və genişlənməsinə maraqlıdır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

“Hər iki tərəf dialoq kanallarının genişlənməsində maraqlıdır, o cümlədən mövqelərimizin üst-üstə düşmədiyi məsələlərdə... Ümid edirik ki, Aİ-nin mart ayında keçiriləcək sammitində Brüssellə Moskva arasında konstruktiv əməkdaşlığın xeyrinə seçim ediləcək”, - deyə S. Lavrov vurğulayıb.

Rusiya XİN başçısı qeyd edib ki, Moskva və Brüssel heç nədən asılı olmayaraq siyasi dialoqun davam etdirilməsini istəyir: “Biz siyasi dialoqu davam etdirmək arzusundayıq. Bugünkü danışıqlarda bir sıra perspektivli istiqamətlər üzrə əməkdaşlığın inkişafını müzakirə etdik. Rusiya və Aİ pandemiya dövründə dezinformasiyalar haqqında qarşılıqlı narahatlığın müzakirə olunmasına imkan verən kanalın yaradılması barədə razılaşmalıdırlar. Avropa İttifaqında bir sıra qüvvələr pandemiya mövzusundan istifadə edərək Rusiyanı dezinformasiyada ittiham edirlər. Əgər biz həqiqətən bu informasiya müharibəsinin qarşısını almaq istəyiriksə, onda Aİ ilə peşəkar səviyyədə bu dezinformasiyaların qarşısını almaq üçün daha bir kanalın yaradılması barədə razılaşmalıyıq”.

Rusiyalı nazirin sözlərinə görə, Moskva və Brüssel postsovet məkanında suveren dövlətlərin daxili işlərinə qarışmamağa əsaslanan prinsiplər barədə razılığa gəlməlidirlər: “Düşünürəm ki, istər postsovet məkanında, istər Qərbi Balkanlarda, istərsə də başqa bir yerdə suveren dövlətlərin daxili işlərinə qarışmamaq barədə öhdəlikləri özündə birləşdirən prinsiplər barədə razılığa gəlmək lazımdır”.

S. Lavrov İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planından da danışıb: “Biz Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində işimizi davam etdirəcəyik. İndi kritik an gəlir”.

Paylaş »
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »