Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistan səfiri: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
Bilal Hayee

“Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib”.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, işğal olunmuş Cammu və Kəşmirdə baş verənlərlə bağlı azərbaycanlılar məlumatlıdır və bu məsələyə həssas yanaşırlar: “Azərbaycan hökuməti və xalqı Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib, bu məsələdə bütün beynəlxalq platformalarda Pakistanın yanında olduğunu bəyan edib. Azərbaycan Kəşmir münaqişəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatındakı Komitənin aktiv üzvüdür. Bu dəstək üçün Azərbaycana dərin təşəkkür edirik”.

Pakistanlı diplomat qeyd edib ki, kəşmirlilər təxminən 70 ildir qapalı şəraitdə yaşayır: “Onların ən fundamental haqları belə məhdudlaşdırılıb. Son illərdə minlərlə kəşmirli öldürülüb, həbs olunub, təzyiqlərə məruz qalıb və bu dövrümüzün ən böyük faciələrindən biridir”.

B. Hayee əlavə edib ki, Pakistan və Azərbaycan xalqları bir-birini, iki xalqın yaşadığı dramı, işğalın nə olduğunu yaxşı başa düşür: “Çünki Azərbaycanın torpaqları da illərlə işğal altında olub. İllərlə danışıqlar davam edib. Nəhayət azərbaycanlılar həyatını qurban verərək bu torpaqları işğaldan azad edib. Ümid edirik ki, yaxın gələcəkdə azadlığın, işğalın sona çatmasının sevincini kəşmirlilər də yaşayacaq”.

Cammu və Kəşmir münaqişəsinin qlobal təhlükəsini qeyd edən səfir deyib ki, Pakistan və Hindistan böyük ölkələrdir və hər iki ölkə nüvə ölkəsidir.

“Biz hər hansı toqquşmanın necə nəticələnə biləcəyi barədə beynəlxalq ictimaiyyəti həmişə məlumatlandırırıq”, B. Hayee vurğulayıb.

Tədbirdə Pakistan Prezidenti Arif Alvi, ölkənin Baş naziri İmran Xan və xarici işlər naziri Şah Mahmud Qureyşinin Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş müraciətləri oxunub, Cammu və Kəşmir münaqişəsi ilə bağlı sənədli film nümayiş olunub.(apa)

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »