Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Putini hədələdi: Rusiyanı məsuliyyətə məcbur edəcəyik
Co Bayden və Vladimir Putin

ABŞ Rusiyanı öz əməllərinə görə “məsuliyyət daşımağa” məcbur edəcək.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentində xarici siyasət üzrə proqram nitqi ilə çıxış edərkən bildirib.

“Mən sələfimdən fərqli olaraq, Prezident Putinə aydın şəkildə bildirdim ki, Rusiyanın təcavüzkar hərəkətləri – seçkilərimizə müdaxilə, kiberhücumlar, öz vətəndaşlarının zəhərlənməsi – qarşısında ABŞ-ın təslim olacağı günlər geridə qaldı. Biz tərəddüd etmədən Rusiyanı məsuliyyətə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını müdafiə edəcəyik. iz daha Rusiyanın aqressiv davranışları qarşısında boyun əyməyəcəyik. O günlər sona çatdı”, - o deyib. ABŞ Prezidenti hesab edir ki, “Aleksey Navalnı dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Bizimyol.info-ya bildirib ki, ABŞ-ın yeni hakimiyyəti, xüsusilə də təhlükəsizlik sahəsinə cavabdeh şəxslər və bütövlükdə həmin komanda Rusiya üzrə ixtisaslaşmış şəxslərdən ibarətdir.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Bu verilən mesajlarla Rusiya və ABŞ arasında münasibətləri proqnoz etmək çox rahatdır. ABŞ təhlükəsizlik məsləhətçisi açıqlamalarından birində Moskvanın hərəkətlərini məhdudlaşdırmaq və ona qarşı elə bir sanksiya tətbiq etməyi məsləhət görüb ki, mütləq şəkildə Rusiya administrasiyası bundan zərrəli çıxsın. Hətta burada söhbət hansısa yüngül ticari, hərbi münasibətlərin sanksiya altına salınması ilə bağlı deyil, tam şəkildə Rusiya bürokratiyasını, mərkəzi hakimiyyətini zəiflədəcək addımlardan gedir.

Bayden administrasiyasının bütövlükdə Rusiya üzrə mütəxəssis şəxslərdən ibarət olması, bundan sonrakı 4 il ərzində Rusiyanın beynəlxalq münasibətlərdəki yerinə zərbə endirmək məqsədi daşımasını göstərir. ABŞ istəyir ki, Rusiya onun qlobal maraqları qarşısında maneə yaradacaq güc olmaqdan çıxsın və müti, sözəbaxan olsun”.

Əziz Əlibəylinin sözlərinə görə, ABŞ Rusiyanı insan haqlarının pozulmasında, demokratiyaya müdaxilədə, Avropa ərazisində yaşayan vətəndaşların kimyəvi olaraq zəhərlənməsində və bütövlükdə sülhə maneə yaratmaqda günahlandırır.

“Şübhəsiz ki, ABŞ-da süddən çıxmış ağ qaşıq deyil. Ən çox istismar etdiyi demokratiya və insan haqları məsələsidir. Ona görə də toqquşmaya doğru gedirik. Bu silahlı toqquşma yox, Rusiyanı iqtisadi baxımdan çökdürmək və daha da pis vəziyyətə salmaqdan ibarət olacaq. Bunun tərkib hissəsi kimi Navalninin məsələsinin ön plana çıxması da prizmada qiymətləndirilməlidir”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »