Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan səhiyyəsinə inamsızlıqla bağlı həkimdən açıqlama
həkim

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətindən verilən məlumata görə, icbari tibbi sığortanın tətbiq olunduğu stasionar və təcili yardım bütün dərman təminatı təchiz olunur. Tibbi sərflərin çeşid sayı isə 116-dan 296-ya çatıb.

Növbəti ildən isə ambulator yardımda dərman təminatının də xidmətlər zərfinə daxil edilməsi planlaşdırılır.

Tibbi sığorta haqları toplanılır, amma əhali icbari tibbi sığortanın tətbiqinə birmənalı yanaşmır. Tibbi xidmətin keyfiyyətinə inamsızlıq var.

Xatırlayırıq ki səhiyyə sahəsinə rəhbərlik edən şəxslər (Oktay Şirəliyev, Zaur Əliyev, Ramin Bayramlı) COVİD-19-a qarşı peyvənd olunsa da, bəzi həkimlər belə bu peyvəndin müsbət təsirinə inanmırlar. Həkimlər işləmək, səhiyyəyə rəhbərlik edən məmurlar müalicə üçün xaricə üz tuturlar.

Milli səhiyyəyə inamı qaytarmaq üçün nə etmək lazımdır? Tibbi sığortanın tətbiqi nə vəd edir?

“Ölkədə mövcud durumdan dolayı bir çox dövlət qurumlarına ciddi inamsızlıq var. Bu sıraya Səhiyyə Nazirliyi də daxildir. İstər səhiyyənin mövcud vəziyyəti, istər pandemiya dönəmində Nazirlər Kabineti yanında Operativ Qərargah başda olmaqla bütün yetkili qurumların verdiyi yetərsiz və zamansız qərarlar səhiyyə sisteminə olan güvəni çox zəiflətdi”.

Bunu Bizimyol.info-ya həkim-farmakoloq Müşfiq Hüseynov bildirib.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Həkim bildirib ki, bununla belə görülən bütün işlərə o qədər inmasız davranmanın tərəfdarı deyiləm: “Hətta həkimlər belə peyvənd vurulsun və ya vurulmasın dartışmasına qoşulursa bu anlaşılan və düzgün yanaşma deyil. Əhalinin əksər qismi həkimlərdən örnək davranış gözləyərkən bəzi həmkarların inmasızlığı sadə isanlara da sirayət edir”.

M.Hüseynov qeyd edib ki, icbari tibbi sığorta sahəsində işlər ötən il dayandı: “Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işləri bir müddətdir izləyirdim. Kifayət qədər iş görülüb, amma təəssüf ki pamdemiya zamanında işlər dayandı.

İcbari tibbi sığorta lazımdırmı? Birmənalı şəkildə bəli! Dünyanın bütün imkişaf etmiş ölkələrində səhiyyə sığorta sistemi üzətində dayanır və inkişaf edir. Bu sistemin tətbiqi əhalinin az təminatlı hissəsinin tibbi təminatını normallaşdıracaq. İndi bəzi ailələr xəstələndikdə həkimə müraciəti maddi sıxıntı üzərindən gecikdirir, bəzən də dərman almağa sadəcə pulu yetmir. İllik ödənişlə alınan tibbi sığorta paketi sizin həyatınızı 1 il müddətində zəmanət altına alırsa, həkim, dərman problemi həll olursa bunun nəyi pis ola bilər?

Mən bu icbari tibbı sığorta işini həmişə dəstəkləmişəm və tezliklə bütün ölkədə tətbiqini arzulayıram. Bunun vəziyyətdən çıxış üçün çox vacib nöqtə olacağına inanıram”.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »