Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Rusiya və Aİ arasında münasibətlər normal deyil”
Sergey Lavrov

“Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşündə deyib.

“Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır. Bu, əlbəttə ki, qeyri-sağlam vəziyyətdir və heç kəsə xeyir gətirmir. Biz bugünkü danışıqlar zamanı sizin bütün suallarınızı cavablandırmağa hazırıq. Çalışacağıq ki, sizi məyus etməyək”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi C. Borrell Rusiyaya iki günlük səfərə gəlib. Hazırda Rusiya XİN-in Qəbullar Evində onun Sergey Lavrovla ikitərəfli görüşü keçirilir.(apa)

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
Son xəbərlər
Bütün xəbərlər »