Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Rusiya qarşı daha sərt addımlar atılacağını deyib
Co Bayden, Vladimir Putin

ABŞ prezidenti Co Bayden Tramp dönəmindən fərqli olaraq Rusiya ilə münasibətlərdə daha sərt addımlar atılacağını deyib.

Bayden “Biz daha Rusiyanın aqressiv davranışları qarşısında boyun əyməyəcəyik. O günlər sona çatdı” deyib.

Bayden bu gün ölkəsinin Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı ABŞ-ın xarici siyasi kursundan danışaraq bildirib ki, Putinlə telefon söhbəti zamanı bu fikirlərini ona çatdırıb.

O həmçinin ölkəsinin milli maraqlarına uyğun gələrsə ABŞ-ın Çinlə çalışa biləcəyini də söyləyib. ABŞ- Çin əlaqələri Tramp dönəmində özünün ən pis həddinə çatmışdı. Digər tərəfdən Bayden Səudiyyə Ərəbistanına müstəqilliyinin və ərazi bütövlüyünün qorunması üçün edilən yardımın müddətinin uzadılacağını vurğulayıb.

Bayden Yəməndə 6 ildir davam edən savaşlarla bağlı ərəb koalisiyasına verilən əsgəri dəstəyin sona çatdırılmasını planladığını, ABŞ əsgərlərinin geri çağrılmalı olduğunu da qeyd edib.

İlhamə

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »