Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suyun qazandırdığı milyonlar: Ziyanla işləyən "Azərsu" rəhbərinin sərvəti - Fotolar
Qorxmaz Hüseynov

Fevralın 1-dən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətinin tarifləri dəyişib. Yəni əhali istifadə etdiyi içməli suya və axıtdığı tullantı sularına görə bundan sonra əvvəlkindən iki dəfə çox ödəyəcək.

Bizimyol.info xəbər verir ki, “Azərsu” rəsmiləri kəskin qiymət artımı ilə bağlı xeyli məntiqsiz açıqlamalar verib. Məsələn, səhmdar cəmiyyətin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov mətbuata deyib ki, qiymətlər axırıncı dəfə 2016-cı ildə artırılmışdı. Əlbəttə, üstündən 5 il keçibsə, deməli, rahatca qiymətləri artırmaq olar. Elçin Camalov bundan başqa abonentlərin sayının 250 min nəfər artdığını deyib. Bunun qiymət artımına nə dəxli var, anlamaq olmur. Bakı şəhərinin bəzi yerlərində fasiləsiz su təminatı faizi də artıbmış. Çox gözəl! Bu da səbəb deyil axı. Əksinə, indiyə qədər şəhərin nəzərəçarpan hissəsinə fasiləsiz su verilməməsi özlüyündə böyük qüsurdur, hətta buna görə xəcalət çəkmək lazımdır. Çünki təkcə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsinə milyonlar xərclənmişdi, amma bunun effektini görmədik.

Mətbat katibi Anar Cəbrayıllı isə deyib ki, bəzi abonentlər suyu açıq qoyurdu. Sən demə, qiyməti buna görə artırıblar. Əvvəla, yəqin ki, heç birimiz lazım olmadığı halda suyu açıq qoyub işə gedən adam tanımırıq. Bunu qəsdən edən birisi varsa da, o adam şəksiz ruhi xəstədir və qiymət nə olusa, olsun, yenə də edəcək. Dəlidir axı...

İndi "bəzi dəlilər"ə görə bütün xalqı cəzalandırmaq lazım gəlib, eləmi? Yeri gəlmişkən, "Azərsu" belə işçiləri haradan tapır? Əksəriyyət Qorxmaz Hüseynovun yerliləri və qohum-əqrəbasıdır. Amma belə olmayanlar da nə danışdığını bilmir. Adama elə gəlir ki, burada işə götürmək üçün ədəb-ərkan və savadla bağlı test keçirilir, sonra ən az bal toplayanlar işə götürülür.

Qorxmaz Hüseynovun şəxsi çimərliyi Qorxmaz Hüseynovun şəxsi çimərliyi

Bəs qiymət artımının gerçək səbəbi nədir? İctimai fəal Mehman Hüseynovun “Azərsu” rəhbəri Qorxmaz Hüseynovun Türkan qəsəbəsində dəniz kənarındakı malikanəsindən hazırladığı reportaja baxanda hər şey aydın olur. Bloger bura təxminən 100 milyon manat xərcləndiyini bildirir. Bu qədər məsrəfləri olan məmur, heç şübhəsiz, Tarif Şurasına qiymət artımını təklif etmək məcburiyyətində qalacaq.

Videoda Qorxmaz Hüseynovun şəxsi çimərliyi, şəxsi yaxta limanı, həyətdə geniş hovuzu, futbol meydançası, hətta zeytun bağı diqqət çəkir. Kater “Azərsu” rəhbərini həmişə dəniz səyahətinə çıxarmağa hazırdır. Qorxmaz Hüseynov malikanənin işçi heyətini də unutmayıb, bir az arxada onlar üçün ayrıca ev inşa olunub.

Qorxmaz Hüseynovun kater qarajı və villası Qorxmaz Hüseynovun kater qarajı və villası

“Azərsu” rəhbəri həmin şəraiti məvacibi hesabına yaratmayıb. Bu heç mümkün də deyil. Təbii ki, söhbət yalnız dövlət vəsaitini mənimsəməkdən gedə bilər. Halbuki elə “Azərsu”nun özünün məhz imkansızlıq üzündən içməli suya görə borcunu ödəyə bilməyən minlərlə abonenti var. Hazırkı qlobal böhran onsuz da əhaliyə sosial baxımdan ağır zərbə vurub. İşsizlərin sayı kəskin artıb. Hələ əvvəlki tariflə ayaqlaşmaq özlüyündə çətin görünürdü. İnsanların sosial durumunu daha da ağırlaşdırmağın nə mənası var? Abonent sayının 250 min nəfər artmasına görə adamları cəzalandırmaq hansı məntiqə sığır? Bəs Qorxmaz Hüseynovu kim cəzalandıracaq?

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »