Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor: Koronavirus özünü məhv edir
Professor: Koronavirus özünü məhv edir

Türkiyə Tibb Elmləri Universitetinin rektor köməkçisi, İnfeksiyalar və Klinik Mikrobiologiya üzrə mütəxəssis, professor Kəmaləttin Aydın koronavirusun sürətli yayılan yeni mutasiyasının yaratdığı narahatlığın ardından maraqlı açıqlama verib.

O qeyd edib ki, virusun özü- özünü məhv etməsi çox yaxındır. Sürətlə yayılan yeni mutasiya Türkiyədə də 17 bölgədə müşahidə olunub. Professor öz sözlərini 4 önəmli səbəblə ilə əsaslandırıb.

“2021-ci ilin yazında havaların isinməsi, kütləvi immunitetin artması, vaksin və virusun mutasiyalara uğraması nəticəsində Covid-19-u yox edəcək. Virus daha çox yayıldıqca özü özünü məhv edəcək. Virusun sürətlə artan növünün yayılmasına baxmayaraq, dünya üzrə yoluxma sayı azalmaqdadır”,- deyə doktor bildirib.

O qeyd edib ki, Şimal və Cənub yarımkürələrində mövsümü dəyişiklik, kütləvi immunitetin artması və vaksinin təsiri ilə virusun təziri azalmaqdadır.

“Dünya yaxın zamanda milyonlarla yoluxma faktlarını bir daha görməyəcək. Sürətli yayılan mutant virus kütləvi immunitetin yaranmasını da sürətləndirəcək.

Çoxalan mutasiyalar virisun insanı xəstə etmək qabiliyyətini azaldar.

O həmçinin bildirib ki, infantiv ölü vaksinlər mutasiyanın təsirinə uğramır və effekti azalmır”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »