Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibədən psixi travma alan insanların müalicəsi üçün narkotik tərkibli dərmanlardan istifadə edilmir - Professor
Aptek

Müharibədən zərərçəkən insanlarda adətən postravmatik stress pozuntusu, yəni travmadan sonrakı stress pozuntusu daha çox müşahidə olunur.

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb üzrə elmlər doktoru Zəfər Əliyev deyib.

Onun sözlərinə görə, belə şəxslərdə özlərindən asılı olmayaraq yenidən o travmanı yaşamaq halları olur, muharibəni xatırladan situasiyalardan yayınma, yerində donub qalma, qorxulu yuxular, yuxusuzluq, təşviş, vahimə, aqressiya, depressiya, intihar müşahidə olunur.

Professor qeyd edib ki, bu vəziyyət müalicə olunmasa, xroniki formaya keçə bilər. Belə şəxslər bəzən özlərini "müalicə" etmək məqsədilə alkoqol və narkotiklərdən istifadə edirlər.

Alim bildirib ki, həmin şəxsin özü və cəmiyyət üçün hər hansı problemin yaranmaması üçün cəmiyyətin bütün üzvləri belə insanlarla həddindən artıq ehtiyatla, səbrlə, empatiya ilə davranmalıdırlar.

Z.Əliyev deyib ki, xüsusilə müharibədə sağ qalan insanlarda özünü günahlandırma kompleksi yaranır. Həmin şəxslərdə özlərinə qarşı mənfi münasibəti aradan qaldırmaq üçün psixoterapiyadan istifadə etmək lazımdır. Psixoterapiya ilə kliniki psixoloqlar və psixiatrlar məşğul olur. Bununla əlaqədar artıq Səhiyyə Nazirliyi daha çox klinik psixoloqları bu işə cəlb etməyə başlayıb:

"Psixoterapiyanın effekti olmayanda, yaxud ağır psixoloji durum yarananda artıq dərmanlardan istifadə etmək lazımdır. Təəssüf ki, bəzi insanlar bu cür pasientlərin müalicəsi üçün psixiatrların narkotik tərkibli, asılılıq yaradan dərmanlardan istifadə etdiyini düşünür. Amma bu, yanlış fikirdir. Ümumiyyətlə, bunu qeyd etmək lazımdır ki, belə vəziyyətlə psixiatrlar birinci Qarabağ müharibəsindən sonra da rastlaşıblar. Bu sahədə artıq kifayət qədər təcrübəmiz var".

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »