Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden ABŞ-ın əsas rəqibinin adını açıqladı
ABŞ - Çin

ABŞ Prezidenti Co Bayden bildirib ki, Ştatlar administrasiyası üçün yeni əsas rəqib Çindir.

Virtualaz.org TASS-a istinadən bildirir ki, o bunu Dövlət Departamentində çıxışı zamanı deyib.

Bayden qeyd edib ki, ABŞ "irəliləyən avtoritarizmlə" və ÇXR-in artan ambisiyaları ilə üzləşir. O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar Administrasiyası Çinlə əməkdaşlığa hazırdır, əgər bu, onun maraqlarına uyğun olarsa. O vurğulayıb ki, Çin iqtisadiyyat sahəsində "qanun pozucusu”dur.

Daha əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki bildirmişdi ki, Co Bayden Çinlə münasibətlərə yenidən baxacaq: "Əvvəlki administrasiyanın atdığı bütün addımlar hazırda milli təhlükəsizliyə yanaşmamız baxımından yenidən nəzərdən keçirilir".

Bu isə o deməkdir ki, keçmiş prezident Donald Tramp tərəfindən bağlanmış Çin ilə ticarət razılaşmasına da yenidən baxılacaq.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› İdman Akademiyasının tələbəsi intihar edib
Son xəbərlər
Bütün xəbərlər »