Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Çinin casuslarını ərazisindən qovub
Britaniya

Son 12 ay ərzində Böyük Britaniya hakimiyyəti Çinin özlərini “jurnalist” kimi qələmə vermiş üç casusunu ərazisindən çıxarıb.

Bu barədə Britaniya hökumətindəki mənbələrə istinadən “Telegraph” qəzeti yazıb.

Bildirilir ki, Çinin üç müxtəlif mətbu orqanının əməkdaşı kimi Britaniyaya gəlmiş üç vətəndaşı əslində həmin ölkənin Dövlət Təhlükəsizlik Nazirliyinin ştatına daxildirlər.

Nəşrin məlumatına görə, "jurnalistlər"in kimliyi "MI5" (Britaniya əks-kəşfiyyatı-red) əməkdaşları tərəfindən üzə çıxarılıb, onlar bundan sonra ölkəni tərk etməyə məcbur ediliblər.

Qəzet bildirib ki, Britaniya hökuməti casusluq haqqında qanunvericiliyi yenidən nəzərdən keçirmək niyyətindədir. Qanun sərtləşdirilmiş və genişləndirilmiş düzəlişlərlə parlamentin müzakirəsinə daxil ediləcək. Britaniya parlamentinin növbəti sessiyası mayda başlayacaq.(report)

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
››› Vaksin varsa, sərt karantin niyə var?
Son xəbərlər
Bütün xəbərlər »